İcbari Tibbi Sığorta üzrə xidmətlər zərfinin əhatə etdiyi tibbi xidmətlərin çeşidi genişləndirilir. Bu çərçivədə gələn ildən bəzi yeni dərmanları verilməsi də icbari tibbi sığorta paketinə daxil ediləcək.
AZXEBER.COM Xezerxeber.az-a istindən xəbər verir ki, bu barədə Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov məlumat verib. Onun sözlərinə görə, hazırda icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə 3318 tibbi xidmət daxildir.
Tibb elmləri doktoru Adil Qeybulla deyir ki, icbari tibbi sığorta çərçivəsində dərman təminatı stasionar müalicədən sonra xəstələrin ambulator müalicələrini davam etdirmələri üçün zəruri preparatları da əhatə etməlidir.
Onun sözlərinə görə, bir çox xroniki xəstəliklərin müalicəsində istifadə olunan dərmanların da mərhələli şəkildə icbari tibbi sığorta paketinə daxil edilməsi vacibdir.











































