Sumqayıtda iki gündür eyni mənzərə: Beş avtomobil toqquşdu

Sumqayıtda iki gündür eyni mənzərə: Beş avtomobil toqquşdu
SOSİAL
22:43 01.11.2026
139
Sumqayıt şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, qəza şəhərin Sülh prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Fiat", "Chevrolet", "Hyundai" və "Mercedes" markalı minik avtomobilləri, eləcə də "Ford" markalı yük avtomobili toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi maddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR