Göygöldə yük maşını divara çırpılıb, ölən var

Göygöldə yük maşını divara çırpılıb, ölən var
SOSİAL
22:23 01.11.2026
134
Göygöldə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, hadisə Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Hovo" markalı yük maşını idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb. Qəza zamanı sürücü - Göyçay rayon sakini 1968-ci il təvəllüdlü Əhliman Qəfərov hadisə yerində həyatını itirib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR