İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında iki neft tankerinin partlayış nəticəsində zədələndiyini açıqlayıb.
AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, məlumata görə, tankerlər boğazdan icazəsiz marşrutla keçməyə çalışarkən dəniz minalarına düşüb.
İran tərəfinin iddiasına əsasən, gəmilərdə partlayışlar baş verib. Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı və tankerlərə dəyən ziyanın miqyası barədə məlumat verilməyib.











































