Almaniyada etirazlar zamanı 100-dən çox polis yaralanıb.
AZXEBER.COM modern.az-a istinadən xəbər verir ki, bu barədə Hessen əyalətinin daxili işlər naziri açıqlama verib.
Bildirilib ki, Frankfurtda baş verən hadisələr zamanı 54 nəfər saxlanılıb. İğtişaşlar zamanı 17 mağazaya ziyan dəyib, onlardan 5-i qarət olunub.











































