Gyurov prezident seçkilərində məğlubiyyətini etiraf edib

Gyurov prezident seçkilərində məğlubiyyətini etiraf edib
DÜNYA
02:23 02.11.2026
119
Bolqarıstanda prezident seçkilərinin ikinci turunda namizəd Andrey Gyurov məğlubiyyətini etiraf edib.

AZXEBER.COM xəbər verir ki, o, bunu keçirdiyi qısa brifinqdə bildirib.

"Seçkilərin nəticələrini gözlənilməz olsa da, olduğu kimi qəbul edirik. Heç nə əbəs yerə edilməyib, ən yaxşısı isə hələ qarşıdadır. İnkişaf üçün yaxşı təməl yaratmışıq. Qarşıda çətin dövrlər var və ümumi vəzifələrin həlli üçün birləşməyə çalışmalıyıq. Dövlət isə öz vətəndaşlarının maraqlarına uyğun fəaliyyət göstərməlidir", - Gyurov qeyd edib.

"Proqressiv Bolqarıstan" Partiyasının lideri və Baş nazir Rumen Radev prezident seçkilərində qələbə qazanan İliyana Yotova və vitse-prezident seçilən Kiril Vılçevı təbrik edib.

Sosioloji agentliklərin hesablamalarına görə, Yotova və Vılçev seçicilərin təxminən 58 faizinin dəstəyini qazanıb. Onların rəqibləri Andrey Gyurov və Georgi Kandevə isə seçicilərin 38,6 faizi səs verib.

Seçkilərin rəsmi nəticələrini Mərkəzi Seçki Komissiyası noyabrın 4-dən gec olmayaraq açıqlayacaq.
OXŞAR XƏBƏRLƏR