“Axios”: Tramp Konqres seçkilərindən dərhal sonra İrana hücum etməyi planlaşdırmır

“Axios”: Tramp Konqres seçkilərindən dərhal sonra İrana hücum etməyi planlaşdırmır
DÜNYA
02:36 02.11.2026
131
ABŞ Prezidenti Donald Tramp noyabrın 3-də keçiriləcək aralıq Konqres seçkilərindən dərhal sonra İrana qarşı hərbi əməliyyatları bərpa etmək niyyətində deyil.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Axios” portalı mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Tramp oktyabrın 31-də İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışığı aparıb. Tərəflər ABŞ-İran danışıqlarının gedişini və hərbi əməliyyatların yenidən başlanması ehtimalını müzakirə ediblər.

Portalın məlumatına görə, Netanyahu İrana qarşı zərbələrin seçkilərdən dərhal sonra endirilməsini istəyib. Lakin Tramp hazırda diplomatik danışıqlara üstünlük verir.

Qeyd edək ki, Tramp daha əvvəl Tehranla danışıqların müsbət istiqamətdə irəlilədiyini bildirsə də, İranın etibarlılığına şübhə etdiyini açıqlayıb.
OXŞAR XƏBƏRLƏR