Neft emalı zavoduna planlaşdırılan terror hücumunun qarşısı alınıb

Neft emalı zavoduna planlaşdırılan terror hücumunun qarşısı alınıb
DÜNYA
02:08 02.11.2026
133
Suriyanın təhlükəsizlik qüvvələri Homs şəhərində neft emalı zavoduna planlaşdırılan terror hücumunun qarşısını alıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Suriyanın Daxili İşlər Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Bildirilib ki, əməliyyat nəticəsində hücumu planlaşdıran şəxslər saxlanılıb. Onlardan intihar jiletləri, əldəqayırma partlayıcı qurğular, elektron avadanlıqlar və zavodun ətraflı xəritələri müsadirə edilib. Əməliyyat zamanı təhlükəsizlik qüvvələri arasında itki qeydə alınmayıb.

Hadisədən sonra ölkədəki bütün enerji obyektlərində təhlükəsizlik tədbirləri gücləndirilib.

Qeyd edək ki, Homs neft emalı zavodu Suriyanın neft məhsulları ilə təminatında mühüm rol oynayır. Həmin gün Deyr əz-Zor əyalətində İŞİD terror qruplaşmasının özəyinə qarşı keçirilən əməliyyat zamanı da bir neçə silahlı zərərsizləşdirilib.
OXŞAR XƏBƏRLƏR