ABŞ-də təyyarə mobil evlər parkına çırpılıb, ölənlər və yaralılar var - VİDEO

ABŞ-də təyyarə mobil evlər parkına çırpılıb, ölənlər və yaralılar var - VİDEO
DÜNYA
01:58 02.11.2026
150
ABŞ-nin Florida ştatında "Learjet 60" tipli şəxsi təyyarə Palm-Biç dairəsində mobil evlər parkının ərazisində qəzaya uğrayıb.

AZXEBER.COM "New York Post"a istinadən xəbər verir ki, hadisə bazar günü yerli vaxtla saat 13:00 radələrində (Bakı vaxtı ilə 22:00) Qrinakres şəhərində baş verib.

Nəşrin məlumatına görə, yerli hakimiyyət orqanları çoxsaylı zərərçəkənlərin olduğunu bildiriblər. Lakin onların dəqiq sayı açıqlanmayıb. Hadisə zamanı yerdə olan şəxslər arasında ölən və yaralananların olub-olmadığı da məlum deyil.

İlkin məlumatlara əsasən, təyyarə əvvəlcə ağaca toxunaraq elektrik xətlərini qırıb, daha sonra yaşayış evinə çırpılıb. Toqquşma nəticəsində güclü yanğın baş verib. Təyyarə və mobil ev demək olar ki, tamamilə yanaraq məhv olub.

Hazırda hadisə yerində Palm-Biç dairəsinin yanğınsöndürmə və xilasetmə xidmətinin əməkdaşları çalışırlar. Qəzanın başvermə şəraiti araşdırılır.

OXŞAR XƏBƏRLƏR