Hansı göbələyi alaq ki, zəhərlənməyək? - VİDEO

Hansı göbələyi alaq ki, zəhərlənməyək? - VİDEO
SOSİAL
23:58 01.11.2026
119
Bazarlarda göbələk mövsümü başlayıb...

AZXEBER.COM Xezerxeber.az-a istindən xəbər verir ki, piştaxtalarda müxtəlif növ göbələklərə rast gəlmək mümkündür. Qiymətlər isə məhsulun növündən asılı olaraq dəyişir. 

Satıcılar deyirlər ki, göbələyin təzəliyini və köhnəliyini bilmək üçün sadəcə bir neçə məqama fikir vermək lazımdır.

Qaxda baş verən göbələkdən zəhərlənmə faktı qida təhlükəsizliyi ilə bağlı narahatlığı artırıb.

Qida eksperti Seymur Qafarov deyir ki, təbiətdən toplanan göbələklərin növü düzgün müəyyənləşdirilmədikdə, zəhərli növləri yeməli göbələklərlə səhv saldıqda ağır nəticələrə səbəb ola bilər. Göbələk alarkən də məhsulun mənşəyinə və təhlükəsizliyinə üstünlük vermək vacibdir.

Mütəxəssislər hər hansı bir neqativ halın baş verməməsi üçün meşələrdən, yol kənarlarından göbələk almamağı tövsiyə edirlər.
 

OXŞAR XƏBƏRLƏR