IX sinif buraxılış imtahanlarına daha bir fənn əlavə olunacaq

IX sinif buraxılış imtahanlarına daha bir fənn əlavə olunacaq
SOSİAL
17:04 19.12.2016
1095

IX siniflər üzrə buraxılış imtahanının I mərhələsinin mart ayının sonuna kimi davam etməsi nəzərdə tutulur.  

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. M. Abbaszadə bildirib ki, ilk imtahan Bakıda təşkil olunacaq: "Daha sonra imtahanlar ölkənin daha 3 regionunda keçiriləcək. Buraxılış imtahanlarının ikinci mərhələsi dörd istiqamət üzrə keçiriləcək. İkinci mərhələnin imtahanları qapalı testlər olacaq. Nəticələri 3-4 gün ərzində yoxlanılaraq şagirdlərə göndəriləcək. Mayın əvvəlində birinci mərhələnin nəticələri elan olunacaq".

M. Abbaszadə əlavə edib ki, gələn ildən 9-cu sinif buraxılış imtahanlarına da üçüncü fənn kimi xarici dil əlavə oluna bilər: "Bununla bağlı bu il monitorinq imtahanları keçirərək nəticələri ictimaiyyətə və Təhsil Nazirliyinə təqdim edəcəyik. Müzakirə əsasında da qərar qəbul ediləcək. Bu il IX sinif üzrə buraxılış imtahanlarında şagirdlər yalnız Azərbaycan dili və riyaziyyat fənnindən imtahan verəcəklər". Son olaraq Azərbaycanda vahid imtahan formasının tətbiqi ehtimalına toxunan DIM sədri deyib ki, ilk olaraq builki imtahanların nəticələri müzakirə olunmalıdır. Nəticələrdən asılı olaraq konkret fikir bildirmək olar.


///Lent.az
 
OXŞAR XƏBƏRLƏR