IX siniflərdə buraxılış imtahanı iki mərhələdə keçiriləcək - DİM sədri

IX siniflərdə buraxılış imtahanı iki mərhələdə keçiriləcək - DİM sədri
SOSİAL
17:15 12.01.2018
1332

"2016/2017-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) yeni model əsasında həyata keçirilib. Modelə əsasən, bu il də buraxılış imtahanı ötən dərs ilində olduğu kimi, iki mərhələdə keçiriləcək".

 
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Abituriyent" jurnalının xüsusi buraxılışan yazdığı "Ön söz"də qeyd edib.

O bildirib ki, birinci mərhələdə şagirdlərin oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə açıq (cavablar müəyyənləşdirilib, yazı ilə ifadə olunur) və qapalı (verilən cavab variantlarından bir doğru cavabın seçilməsi) tipli test tapşırıqlarından, inşalardan (esselərdən), riyazi bacarıqları yoxlamaq məqsədilə açıq tipli, ikinci mərhələdə isə hər bir fənn üzrə qapalı tipli  test tapşırıqlarından istifadə ediləcək.

DİM sədri qeyd edib ki, 2008-ci ildən başlayaraq respublikanın ümumtəhsil müəssisələrində yeni təhsil proqramları (kurikulumlar) tətbiq olunur və yeni məzmun standartlarına uyğun hazırlanmış dərsliklərdən istifadə edilir: "Müasir təhsil proqramlarının istifadə edildiyi digər ölkələrdə olduğu kimi, Azərbaycanda da yeni proqramların tətbiqi təhsilin məzmununun dəyişilməsi, "yaddaş məktəbi"ndən "təfəkkür məktəbi"nə keçilməsi ilə nəticələndi. 

Yeni təhsil proqramlarının tətbiqi ilə qiymətləndirmə sahəsində yeni yanaşmaya ehtiyac yarandı. Bu istiqamətdə görülən işlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Əsasnaməsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2013-cü il tarixli 804 nömrəli Fərmanı güclü təkan verdi. Həmin Fərmanla TQDK-ya yekun qiymətləndirmənin (attestasiyanın) təşkili məqsədilə, respublikanın ümumtəhsil müəssisələrinin V-XI sinif şagirdləri arasında monitorinq imtahanlarını keçirmək vəzifəsi həvalə olundu. TQDK 2013-cü ildən başlayaraq respublikanın ümumtəhsil müəssisələrində (2013-cü ildə V, 2014-cü ildə V və VI, 2015-ci ildə VI və VII, 2016-cı ildə VII və VIII siniflərdə) monitorinq imtahanları keçirdi. Bu imtahanların nəticələri üzərində aparılan tədqiqat işləri əsasında yazı işlərinin (eləcə də esselərin) yoxlanılması prosesini həyata keçirmək üçün yeni qiymətləndirmə mexanizmi işlənib hazırlandı. Qeyd etmək lazımdır ki, yazı işlərinin bu və buna oxşar üsullarla qiymətləndirilməsi beynəlxalq təcrübədə də (Böyük Britaniya, ABŞ, Rusiya, Gürcüstan və s.) mövcuddur. Təklif edilən mexanizm yeni bir metod olaraq 5 ildir ki, respublikamızda qiymətləndirmə sahəsində tətbiq edilir. Alınan nəticələr bu metodun yazı işlərinin qiymətləndirilməsi sahəsində müxtəlif subyektiv təsirlərin aradan qaldırılmasındakı effektivliyi göstərir. Bu mexanizm respublikanın ümumtəhsil müəssisələrinin buraxılış imtahanlarında yazı işlərindən geniş istifadə edilməsinə və onların qiymətləndirilməsinə də imkan verir. 

Hazırda IX sinifdə təhsilalanların məzmun standartları üzrə mənimsəmə səviyyələri və bacarıqlarının yoxlanılması yeni qiymətləndirmə vasitələri ilə aparılır".

Qeyd edək ki, "Abituriyent” jurnalının xüsusi buraxılışında ümumi (9 illik) təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları ilə tanış olmaq mümkün olacaq.
Jurnalda, həmçinin ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün fənlər üzrə alt standartlar, proqramlar, buraxılış imtahanın I və II mərhələləri üçün test tapşırığı nümunələri və qiymətləndirmə meyarları, şagirdlərin yazacaqları inşalara (esselərə) verilən tələblər öz əksini tapacaq.
 
///

Lent.az-
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İmtahan nəticələri nə vaxt elan olunacaq?
17:54 11.05.2025
İmtahan nəticələri nə vaxt elan olunacaq?
Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
17:46 11.05.2025
Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
Maskatda Vaşinqton və Tehran arasında danışıqların növbəti raundu başlayıb
17:17 11.05.2025
Maskatda Vaşinqton və Tehran arasında danışıqların növbəti raundu başlayıb
Ərdoğan və Putin arasında telefon danışığı olub
16:57 11.05.2025
Ərdoğan və Putin arasında telefon danışığı olub
Papa XIV Leodan dünya liderlərinə ÇAĞIRIŞ
16:36 11.05.2025
Papa XIV Leodan dünya liderlərinə ÇAĞIRIŞ
"Haber Global": Kahramanmaraşda 1 213 ev tezliklə qanuni sahiblərinə təhvil veriləcək
16:24 11.05.2025
"Haber Global": Kahramanmaraşda 1 213 ev tezliklə qanuni sahiblərinə təhvil veriləcək
Parapauerliftinqçimiz Dünya Kubokunda 2 qızıl medal qazanıb
15:55 11.05.2025
Parapauerliftinqçimiz Dünya Kubokunda 2 qızıl medal qazanıb
"Qarabağ" klubu dünya reytinqində 10 pillə irəliləyib
15:53 11.05.2025
"Qarabağ" klubu dünya reytinqində 10 pillə irəliləyib
Ağdam, Əsgəran, Xocalı və Xankəndi arasında dairəvi elektrik təchizatı sxemi yaradılacaq
15:37 11.05.2025
Ağdam, Əsgəran, Xocalı və Xankəndi arasında dairəvi elektrik təchizatı sxemi yaradılacaq
Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksində 55 nəfər işlə təmin edilib
15:12 11.05.2025
Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksində 55 nəfər işlə təmin edilib
Ərdoğan: Ukraynada müharibənin sona çatması yolunda tarixi dönüş əldə edilib
14:57 11.05.2025
Ərdoğan: Ukraynada müharibənin sona çatması yolunda tarixi dönüş əldə edilib
DSX: "Xudafərin" körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
14:38 11.05.2025
DSX: "Xudafərin" körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək
14:20 11.05.2025
Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək
Naxçıvanın ədliyyə orqanlarına qəbul imtahanı keçirilib
14:05 11.05.2025
Naxçıvanın ədliyyə orqanlarına qəbul imtahanı keçirilib
Türkiyədə “Azərbaycan Kino Günləri” keçiriləcək
13:43 11.05.2025
Türkiyədə “Azərbaycan Kino Günləri” keçiriləcək
Ağdamın Kəngərli kəndində 632 ev tikiləcək
13:27 11.05.2025
Ağdamın Kəngərli kəndində 632 ev tikiləcək