"Çıxdım gördüm ki, kişi uzanıb qapının yanında, qan götürübdür” - VİDEO

"Çıxdım gördüm ki, kişi uzanıb qapının yanında, qan götürübdür” - VİDEO
SOSİAL
14:05 14.09.2020
924
Astarada bıçaqlanma hadisəsi baş verib.
 
Baku Tv xəbər verir ki, 25 yaşlı gəlin qayınatasını bıçaqlayıb. Hadisə gecə saatlarında Maşxan kəndində baş verib.
 
Kənd sakini, 60 yaşlı Nadir Axundovu öz evində gəlini, 25 yaşlı Aysel Axundova bıçaqlayıb. Kürək nahiyəsindən xəsarət alan kişi Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralı əməliyyata alınıb, vəziyyəti normal qiymətləndirilir.
 
Yaralının həyat yoldaşı Azadə Axundova deyib: "İçəridə uzanmışdım. Yoldaşım mətbəxdə yemək yeyirdi. Bir də gördüm ki qışqırdılar. Çıxdım gördüm ki, kişi uzanıb qapının yanında, qan götürübdür”.
 
Qeyd edək ki, Aysel Axundova 5 il əvvəl gəlin köçüb. Son günlər isə həyat yoldaşı ilə boşanma ərəfəsində olub və gəlinin yenidən ər evinə qayıtmaq istəyi qayınatasının narazılığına səbəb olub. Nəticədə gəlin mətbəx bıçağı ilə belə bir hadisə törədib. Törətdiyi əmələ görə Aysel Axundova həbs olunub. O, bu hadisəni törətdiyini etiraf edib.
 
Faktla bağlı araşdırma aparılır.
 
OXŞAR XƏBƏRLƏR