İyirmi min borcu olan Bakı sakini qanunsuz azadlıqdan məhrum edilib.
AZXEBER.COM "report”a istinadən xəbər verir ki, paytaxt sakini K.Əsgərov Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə müraciət edərək, atası H.Əsgərovun 20 min borcu olması səbəbindən tanıdığı şəxs tərəfindən naməlum ünvanda saxlanıldığı bildirilib.
O ərizəsində qeyd edib ki, hazırkı vaxtadək atası buraxılmayıb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırmalara başlanılıb.