İyul ayında Bakıda havanın temperaturu 41°yə çatacaq

İyul ayında Bakıda havanın temperaturu 41°yə çatacaq
SOSİAL
12:03 01.07.2022
210
Azərbaycanda iyul ayına olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, iyul ayında havanın orta aylıq temperaturunun iqlim normasından yüksək olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə bir qədər az olacağı ehtimal olunur.

Birinci ongünlüyün birinci yarısında əksər rayonlarda yağmursuz hava şəraiti müşahidə olunsa da şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 26-29 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 21-26 dərəcə isti, gündüzlər 31-36 dərəcə isti, bəzi günlərdə 38-41 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 2-3 mm).

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 27-30 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 21-26 dərəcə isti, gündüzlər 31-36 dərəcə isti, bəzi günlərdə 38-43 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 6-16 mm).

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 19-24 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 17-22 dərəcə isti, gündüzlər 24-29 dərəcə isti, bəzi günlərdə 32-35 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 36-73 mm).

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 26-29 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-3 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 19-24 dərəcə isti, gündüzlər 29-34 dərəcə isti, bəzi günlərdə 38-40 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 10-32 mm).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 23-27 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2-3 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 19-24 dərəcə isti, gündüzlər 29-34 dərəcə isti, bəzi günlərdə 37-39 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər az olacağı gözlənilir (norma 9-118 mm).

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 27-30 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu gecə 22-27 dərəcə isti, gündüzlər 32-37 dərəcə isti, bəzi günlərdə 40-43 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər az olacağı gözlənilir (norma 3-22 mm).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 23-27 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 21-26 dərəcə isti, gündüzlər 29-34 dərəcə isti, bəzi günlərdə 37-39 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər az olacağı gözlənilir (norma 7-33 mm).
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik