İyulda bu ölkəyə qar yağdı – FOTO

İyulda bu ölkəyə qar yağdı – FOTO
DÜNYA
14:27 11.07.2023
199
İyul ayında Türkiyənin Ərzincan şəhərində qar yağıb.

AZXEBER.COM "HaberGlobal”a istinadən xəbər verir ki, iyulun 11-də Ərzincanda qar sürprizi yaşanıb. 

Vilayətin ən yüksək nöqtəsi olan 3549 metr hündürlükdə olan Keşiş dağlarının zirvəsi yeni qarla ağarıb. Şəhərdə fasilələrlə müşahidə edilən yağış Keşiş dağlarında qar yağışına çevrilib. Səhər saatlarında ağarmış Keşiş dağlarının zirvəsi Ərzincanın Üzümlü mahalının Bayırbağ kəndindən aydın görünüb.

Ərzincan-Ərzurum magistral yolunda nəqliyyat vasitələrini idarə edən sürücülər avtomobillərini yolun kənarında saxlayaraq iyul ayında ağarmış zirvəni izləyiblər. Bir müddət sonra buludlarla örtülmüş zirvədə havanın isinməsi ilə qarın əridiyi görülüb.

Ayşən

 

OXŞAR XƏBƏRLƏR