İzmir hava limanı uçuşları dayandırdı

İzmir hava limanı uçuşları dayandırdı
DÜNYA
23:42 29.06.2025
382
Türkiyənin İzmir şəhərindəki Menderes Beynəlxalq Hava Limanı meşə yanğını səbəbindən uçuşları dayandırıb.

AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, yanğın Seferihisar və Menderes rayonlarında 40°C-ə yaxın temperaturda güclü istilər zamanı baş verib. Bəzi yerlərdə sürəti saatda 70 kilometrə çatan küləyin əsməsi vəziyyəti daha da gərginləşdirir və alovun genişlənməsinə səbəb olur.

"Menderes hava limanı fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb. Yanğın söndürüldükdən sonra uçuşların bərpa olunacağı gözlənilir", - deyə məlumatda deyilir.

Seferihisarın 5 məhəlləsindən yerli sakinlər təxliyə edilib. Əyalət qubernatoru Süleyman Elban bildirib ki, yanğınla bağlı ilk xəbərlərdən cəmi 15 dəqiqə sonra yanğının söndürülməsinə başlanılıb.

Güclü külək nəzərə alınaraq, helikopterlər yanğının söndürülməsində iştirak edə bilmir. Elban qeyd edib ki, yanğının söndürülməsində altı təyyarə, 700-ə yaxın yanğınsöndürən iştirak edir.
OXŞAR XƏBƏRLƏR