İzmirdə iki yerdə meşə yanğını qeydə alınıb, yaşayış məntəqələri təhlükə altındadır

İzmirdə iki yerdə meşə yanğını qeydə alınıb, yaşayış məntəqələri təhlükə altındadır
DÜNYA
19:42 29.06.2025
379
Türkiyənin İzmir vilayətinin Qaziemir rayonunda, Beyazevler məhəlləsi yaxınlığındakı tullantı sahəsində yanğın başlayıb.

Bu barədə "Report" Türkiyə mətbuatına istinadən xəbər verir. Güclü küləyin təsiri ilə yanğın meşəlik əraziyə yayılıb.

Bununla yanaşı, Buca rayonunda yanğın Otokent Avtosalonlar Kompleksinə qədər çatıb.

Hazırda meşə yanğınlarına havadan və qurudan müdaxilə edilir. Polis qüvvələri TOMA vasitəsilə yanğının qarşısını almağa çalışır.

Yanğın baş verən bölgədə avtomobil yolları bağlanıb.
 
/Report
OXŞAR XƏBƏRLƏR