İzmirdə mədəndə partlayış - 45 nəfər yaralandı

İzmirdə mədəndə partlayış - 45 nəfər yaralandı
DÜNYA
13:10 19.12.2021
347
Türkiyənin İzmir vilayətində kömür mədənində baş verən partlayış nəticəsində xəsarət alanların sayı 45 nəfərə çatıb.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə İzmir valisi Yavuz Selim Köşger açıqlama verib.

Xəsarət alan işçilərin vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.

Xatırladaq ki, dekabrın 19-da Türkiyənin İzmir vilayətində kömür mədənində partlayış meydana gəlib. Hadisə baş verən zaman mədəndə 50-dək işçi olub.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR