İzmirdə meşə yanğını başlayıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, yanğın yerli vaxtla 14:00-da başlayıb.
Yanğının hansı səbəbdən başladığı məlum deyil.
Yanğını söndürmək üçün hadisə yerinə 4 təyyarə, 8 helikopter, 25 su tankeri, 6 su təchizatı və 4 dozer maşını cəlb olunub. Komandalar yanğını nəzarət altına almaq üçün səylərini davam etdirir.
Oksana