İzmit Bələdiyyəsinin nümayəndə heyəti Nəsimidə - Fotolar

SOSİAL
17:45 15.07.2016
1456

Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin İzmit Bələdiyyəsinin nümayəndə heyəti Nəsimi rayon İcra Hakimiyyətində olub.

AZXEBER.COM-a daxil olan məlumata görə, Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov rayonun tarixi, coğrafi mövqeyi, burada yerləşən inzibati, sənaye, sosial, mədəniyyət, turizm obyektləri barədə ətraflı məlumat verib. A.Əsgərov son illərdə Azərbaycanda əldə olunmuş nailiyyətlər, sosial-iqtisadi inkişafdan, həyata keçirilən yeni layihələrdən məlumat verib.

İzmit Bələdiyyəsinin başçısı Nevzat Doğan Azərbaycanın inkişafından qürür duyduğunu söyləyib. O, təmsil etdiyi bələdiyyə ilə Bakı şəhəri Nəsimi bələdiyyəsi arasında yaradılmış dostluq və qardaşlıq münasibətlərinin vacibliyindən danışıb.

OXŞAR XƏBƏRLƏR