İzzət Bağırov: “Müğənnilik məndən hər şeyimi aldı”

İzzət Bağırov: “Müğənnilik məndən hər şeyimi aldı”
MAQAZİN
13:34 19.06.2021
1283
Müğənni İzzət Bağırov maraqlı açıqlaması ilə gündəmə gəlib.

AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, jurnalist Vüqar Kamiloğlunun "Youtube” layihəsinə qonaq olan ifaçı, səmimi açıqlamaları ilə diqqət çəkib. O, sənətinin hər şeyini əlindən aldığını etiraf edib:

"Müğənnilik məndən hər şeyimi aldı. Əgər bu sənəti deyil, başqa bir peşəni seçsəydim rahat həyatımı yaşayardım. Müğənni rahat yaşaya bilmir axı, rahat ola bilmir”.

Sənətçi indiyə qədər heç bir fəxri ad ala bilməməsindən də danışıb:

"Siyahıda adlar çıxdıqca baxıram, pis oluram, küsürəm. Özümə sual verirəm ki "Axı niyə?” Elə bir tamaşaçı yoxdur ki, bu fikrimlə razılaşmasın. Bu çıxışı ona görə etmirəm ki, mənə fəxri ad versinlər. Sadəcə mənə qarşı olan bu laqeyidliyə münasibət bildirirəm”.
OXŞAR XƏBƏRLƏR