Jalə Əhmədova 2 min manat cərimələnib? - RƏSMİ AÇIQLAMA

Jalə Əhmədova 2 min manat cərimələnib? - RƏSMİ AÇIQLAMA
SOSİAL
13:46 26.02.2026
1174
"İDDO Psixi Sağlamlıq Proqramı” İctimai Birliyinin rəhbəri Jalə Əhmədova barəsində inzibati protokol tərtib edilib.
 
AZXEBER.COM Teleqraf-a istinadən xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi (Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının fəaliyyətinə mane olma) üzrə rəsmiləşdirilib.

Qərara əsasən, Jalə Əhmədova 2 min manat məbləğində cərimə olunub.

Bildirilib ki, İctimai Birlikdə çalışan əməkdaşlardan biri əmək hüquqlarının pozulması ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edib.
Xidmət məsələ ilə əlaqədar İctimai Birliyə rəsmi məktub ünvanlayaraq, şikayətdə adı çəkilən vətəndaşa aid sənədlərin 7 iş günü ərzində təqdim olunmasını tələb edib.

Lakin göstərilən müddət ərzində həmin sənədlər Xidmətə təqdim edilməyib.

Bu səbəbdən də Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə protokol tərtib edilib.
 
AZXEBER.COM xəbər verir ki, Dövlət Əmək Müfəttişliyi Xidməti "İDDO Psixi Sağlamlıq Proqramı” İctimai Birliyinin rəhbəri Jalə Əhmədova barəsində inzibati protokol tərtib edilməsi ilə bağlı yayılan xəbəri təqzib edib və yayılan məlumatların əsassız olduğunu bildirib.
 
Qurumdan verilən məlumatı təqdim edirik: 
 
"Bəzi media orqanlarında əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Jalə Əhmədovaya Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən cərimə tətbiq olunması barədə yayılan məlumat tamamilə əsassızdır.

Məlumat üçün nəzərinizə çatdırırıq ki, "İDDO Psixi Sağlamlıq Proqramı” müddətlli proqram kimi fəaliyyət göstərir və ictimai birlik deyil. 

Qeyd edilən proqramla bağlı olaraq da hər hansı cərimə tətbiq edilməyib". 
OXŞAR XƏBƏRLƏR