Tanınmış aparıcı Jalə Həsənli İctimai Televizayadan (İTV) ayrılıb.
AZXEBER.COM Modern.az-a istinadən xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində yazıb.
Aparıcı paylaşımında İTV ilə uzun müddətdir ki, yollarının ayrıldığını bildirib:
"Hörmətli dostlar! Artıq bir müddətdir ki, İctimai Televiziya ilə yollarımız ayrılıb!
İctimai TV-nin mənim həyatımda çox fərqli bir yeri oldu. TV fəaliyyətimdə unuda bilməyəcəyim iki hadisə məhz bu kanalda yaşandı. İllərdir arzusunda olduğumuz qələbə xəbərinin ilk sədasını bu kanal vasitəsi ilə tamaşaçılarımıza çatdırdım. Bu xəbər mənə bir anın içində minlərlə sevgi, hörmət qazandırdı. O xəbərdən 2 il keçsə də hələ də məni görəndə qələbə xəbərini xatırlayıb, gözləri dolan insanlar görürəm. Var olun”.
Sonda o, İTV-i rəhbərliyinə və kollektivə təşəkkür edib.