Jan Klod Van Dam Zabit Səmədova zəng edib, onu təbrik etdi

Jan Klod Van Dam Zabit Səmədova zəng edib, onu təbrik etdi
İDMAN
13:20 25.08.2016
24236
Xəbər verdiyimiz kimi, idmançımız Zabit Səmədov növbəti dəfə dünya çempionu olub.
AZXEBER.COM-un məlumatına görə, Zabiti bu qələbə münasibətilə təbrik edənlər arasında Hollivudun məşhur aktyoru Jan Klod Van Dam da olub.
Bu haqda məlumatı Hacı Nuran verib. Onun dediyinə görə, aktyorla idmançının danışığını özü tərcümə edib: 
Bü gün Holvud ulduzu, əfsanəvi döyüşçü Jan-Klod Van Dam Qroznı şəhərində Çeçenistan Muxtar Respublikasının ilk prezidenti Əhməd-Hacı Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq turniri keçirilən Kikboksinqin WBC Muay Thai versiyası üzrə dünya çempionu adını qazanan, dəfələrlə dünya və Avropa çempionu olmuş, peşəkar kikboksinq üzrə müxtəlif yarışların qalibi, hemyerimiz Zabit Səmədova zəng edərək, qələbə münasibətilə onu təbrik etdi.
Van Dam dedi: "Qardaşım Zabit - sən bunu bacardın. Əhsən sənə. Afərin Uğurların daha da çox olsun. Sənin tez bir zamanda Azərbaycanda keşirilən döyüşünü canlı izləmək mənə nəsib olsun"  
Hacı Nuran deyib ki, bu söhbəti o özü tərcümə edib.
OXŞAR XƏBƏRLƏR