“JEK”lər 2024-cü ildən ləğv olunacaq? - AÇIQLAMA

“JEK”lər 2024-cü ildən ləğv olunacaq? - AÇIQLAMA
SOSİAL
16:54 11.12.2023
206
Bakıda 2024-cü ildən etibarən Mənzil Kommunal İstismar Sahələrinin (MKİS) ləğv ediləcəyi haqqında məlumatlar yayılıb.
 
AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, iddialara əsasən, bütün Mənzil Kommunal İstismar Sahələrinin (MKİS) ləğv edilməsi, onların funksiyalarının bələdiyyələrə verilməsi nəzərdə tutulub.
 
Bununla bağlı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentindən bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:
"Mənzil Kommunal İstismar Sahələri 11 mindən artıq binanın idarəçiliyini təmin edir. Onlar ancaq müvafiq rəsmi qərar olarsa, ləğv edilə bilər. "JEK”lərin ləğvi ilə əlaqədar hazırda heç bir məlumat və rəsmi qərar yoxdur”.
OXŞAR XƏBƏRLƏR