Jelelilər (Köşə)

Jelelilər (Köşə)
KÖŞƏ
12:31 15.09.2011
2614
Dərslər başladı. Çoxları üçün yeni avaraçılıq mövsümünə start verildi. İndi saçlarına jele vurmuş, qara dar köynəklər, ucu miz ayaqqabılar geyinmiş oğlanlar, evdə qalmaq fobiyası ilə yaşayan qızlar mövsümün açılışına çox sevinirlər. *** Qaqaşlar bir qırx vərəqli dəftəri qarınlarına soxub hər gün tezdən metroya, avtobusa təpiləcək, şit-şit zarafatlar edib universitetlərə doluşacaqlar. Rayonlardan, kəndlərdən Bakıya birinci dəfə gələn uşaqlar həyəcan içindədilər. Şəhərin bahalı maşınları, hündür binaları, gözəl qızları onları qorxuya salıb bir az. Ancaq bir neçə ayın içində onlar da bu mühitin içinə qarışıb gedəcəklər. Onlarda da saflıq qalmayacaq. Onlar da dəftərlərini qarınlarına soxacaqlar, çayxanaları dolduracaqlar, qızlara söz atacaqlar, mühazirələrdə yatacaqlar. *** Dərslər başladı. İki ay bundan öncə TQDK-nın statistikalarını unutmamışıq. Balı 300-ü keçməyən uşaqlardan nə gözləmək olar? Utanmadan özlərinə tələbə deyəcəklər. Hansısa mənasız universitetin adını elə fəxarətlə deyəcək ki, elə bil Harvardda oxuyurlar. Yaxşı yadımdadı. Politologiyada oxuyanda bəzi tələbə yoldaşlarım “politologiya”nın nə demək olduğunu bilmirdilər. Sadəcə təsadüfən gəlib düşmüşdülər bura. (İndi onların əksəriyyəti nazirliklərdə, dövlət işlərində işləyir. Yüz faiz əminəm ki, indi də bu sözün mənasın bilmirlər). Bir əsr bundan əvvəl, yazıb oxumağı bacarmayan azərbaycanlılara savad vermək istəyən ziyalılar kimi hər gün qəzet alıb aparırdım ki, oxusunlar bu adamlar. *** Bu gün Azərbaycan universitetlərində incəsənətə, jurnalistikaya, hüquqa, politologiyaya, mühəndisliyə dəxli olmayan nə qədər tələbə var. Sabah onlar bizim üçün mütəxəsis olacaqlar. Orta məktəbdə ən sonuncu şagird olub, birtəhər bütün tayfanın köməyi ilə, məsələn, jurnalistikaya təsadüfən gəlib düşmüş adamın, sonra reketçiliklə məşğul olmasında təəccüblü heç nə yoxdur. Məntiqi sonluqdur bu. Amma nədənsə həmişə ən bahalı maşınlar, ən bahalı evlər, ən bahalı həyatlar məhz belələrinə qismət olur. *** Dərslər başladı. Avtobusa, metroya minmək çətinləşəcək. Avtobusda sakitcə oturub işə, evə getdiyin yerdə bir qrup avara, tərbiyəsiz düşük zarafatları adamı bezdirəcəklər. Darıxdırıcı keçən mühazirələrdə vaxtı aparmaq üçün bəziləri yatacaq, bəziləri bir-birlərinin telefonuna Üzeyirin təzə mahnılarını, yeni çıxmış porno videoları göndərəcəklər. Bir neçə aydan sonra imtahanlar başlayacaq. Və pul verib qiymət alacaqlar. Sonra yeni eyni sujet. Dörd il belə keçəcək… *** İndi gəl bu adamlara kitab oxutdur. Mədəniyyət öyrət.

İndi gəl bu adamlarla normal cəmiyyət qur.

Elmin HƏSƏNLİ,

kulis.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
21:03 18.04.2026
Ağdamda gənc FACİƏLİ şəkildə öldü