JLo ilə tanış olmaq istəyən 50 nəfər 100 min lirə ödəyəcək

JLo ilə tanış olmaq istəyən 50 nəfər 100 min lirə ödəyəcək
MAQAZİN
11:16 27.06.2025
219
Dünya şöhrətli amerikalı müğənni Cennifer Lopez konserti üçün Türkiyəyə gəlir.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi İstanbul Festivalı çərçivəsində avqustun 5-də "Festival Park Yenikapı"da musiqisevərlərlə görüşəcək.

Konsert həm də pərəstişkarlarına Cennifer Lopezlə görüşmək imkanı təqdim edəcək.
 
100 min lirədən başlayan satışda olan "Meet & Greet” biletlərini alan 50 nəfər sənətçi ilə görüşəcək, söhbət edəcək, şəkil çəkdirəcək.
 
Xüsusi nöqtədən əraziyə daxil olacaq 50 nəfər konserti VİP-dən izləyəcək.
 
"Meet & Greet” biletləri tezliklə satışda olacaq.
 
Aysel
OXŞAR XƏBƏRLƏR