Joze Mourinyoya qızıl saat bağışlandı

İDMAN
09:17 23.11.2012
1343

İspaniyanın “Real” (Madrid) futbol komandasının baş məşqçisi Joze Mourinyoya Çempionlar Liqasında 100-cü matçına çıxması ilə əlaqədar qızıl saat verilib.AZXEBER.COM-un məlumatına görə, bu hədiyyəni portuqaliyalı mütəxəssisə klub prezidenti Florentino Peres bağışlayıb.

Bu müddətdə Mourinyo ilə çiyin-çiyinə çalışmış köməkçi-məşqçi Ruy Fariya da mükafatlandırılıb.

Qeyd edək ki, Joze Mourinyonun 100-cü matçında “Real” “Mançester Siti” ilə 1:1 hesablı heç-heçə edərək, 1/8 finala vəsiqəni təmin edib.

OXŞAR XƏBƏRLƏR