Juninyo və Feliş komanda yoldaşı olur?

Juninyo və Feliş komanda yoldaşı olur?
İDMAN
09:39 06.05.2025
201
"Flamenqo" Joao Felişi heyətinə qatmaq istəyir.

AZXEBER.COM xəbər verir ki, Braziliya təmsilçisi portuqaliyalı futbolçu üçün "Çelsi" ilə danışıqlara başlayıb.

Hazırda icarə əsasında "Milan"da çıxış edən Joao Felişlə onun sabiq klubu "Benfika" da maraqlanır. Lakin məlumatlara görə, futbolçu bu mərhələdə Braziliyaya yollanmaq niyyətində deyil.

Xatırladaq ki, bu ilin yanvarında "Qarabağ"dan ayrılan Juninyo da məhz "Flamenqo"ya transfer olunmuşdu. Əgər Joao Feliş də bu keçidə razılıq versə, onlar komanda yoldaşı ola bilər.

Zəfər
OXŞAR XƏBƏRLƏR