Jurnalist Ekspert Mərkəzi norveçli jurnalisti kəskin şəkildə qınadı

Jurnalist Ekspert Mərkəzi norveçli jurnalisti kəskin şəkildə qınadı
MEDIA
11:00 01.06.2012
1800

Ceyhun Musaoğlu: “Amir Asgharnejadın hərəkəti dünya jurnalistikasına ləkədir”

“Son aylar bəzi xarici mətbuat orqanlarının Azərbaycana yönəlik tənqidlərində subyektiv məqmaları görməmək mümkün deyil. Əlbəttə media azaddı və jurnalistin fikirlərini sərbəst ifadə etmək hüququ var. Bir şərtlə ki, faktlar təhrif edilməsin, informasiyalar müxtəlif mənbələrin köməyi ilə dəqiqləşdirilsin, təqdimatda tərəfsizliyə ciddi olaraq əməl edilsin. Təəssüf ki, KİV-lərin söykəndiyi beynəlxalq standartların yaradıcısı hesab edilən Avropa mətbuatında bu prinsiplərdən uzaq yazılar son vaxtlar tez-tez dərc olunur”.

Bu fikirlər Jurnalist Ekspet Mərkəzindən AZXEBER.COM-a verilən bəyanatda deyilir. Bəyanatın hazırlanması səbəbinə aydınlıq gətirən JEM-in sədri Ceyhun Musaoğlu əməkdaşımzla söhbətində konkret bir faktla bağlı deyib ki, Azərbaycanda “Eurovision” yarışmasının keçirildiyi ərəfədə özünü İranın “Tekon” televiziyasının əməkdaşı kimi təqdim edən adı və soyadı bilinməyən mikrafonlu adamın nəlayiq hərəkətləri həmin sujeti görən hər kəsdə ikrah hissi oyadıb: “Mən o sujetə baxanda təəssüratımı bir cümlə ilə ifadə etdim. Dedim ki, bu adam normal düşüncə sahibi deyil. Onun hərəkətlərindəki anormallıq jurnalistliyindən xəbər vermirdi. Əlbəttə etiraz əlaməti olaraq elə həmin gün JEM adından bəyanat yaya bilərdik. Sadəcə gözlədik ki, bu anlaşılmazlığa qarşılıqlı reaksiyalarla daha da aydınlıq gəlsin. Bir gün sonra İranın Azərbaycandakı səfiri ölkəsinin “Tekon” adlı televiziyaya malik olmadığını bildirdi və xoşagəlməz sujetin müəllifinin onların ölkəsinin vətəndaşı olmadığını dedi. Ardından xəbər yayıldı ki, guya həmin adamı Bakı Beynəlxalq Aeroportunda polislər incidib. Norveç Yayım Korporasiyasının kommunikasiya direktoruTommy Hansenin açıqlamasından belə çıxdı ki, tamaşaçıda ikrah yaradan reportajın müəllifi Norveçdə satirik proqram aparıcısı Amir Asgharnejaddır. «Eurovision 2012» həftəsində Norveç heyətində Bakıya gəlib və burda Azərbaycanla bağlı satirik sujetlər hazırlayıb. Onun aeroportda incidilməsiylə bağlı iddialara Xarici İşlər Nazirliyi cavab olaraq bildirdi ki, jurnalist ölkəyə gələndə saçı uzun, üzü isə tüklü olub. Burdan çıxanda isə saçını kəsdirib. Bu fərq aydınlaşdırıldıqdan sonra jurnalist təyyarəsinə belə gecikmədən ölkəsinə qayıdıb”. JEM sədri təəssüflə qeyd edir ki, Azərabaycan bayrağına təpik atan, ölkə vətəndaşlarını təhqir edən və möhtəşəm “Eurovision 2012” Mahnı Müsabiqəsini aşağılamağa çalışan əli mikrafonlu adam nəinki jurnalist, ümumiyyətlə, normal insan adına yaraşmayan hərəkətlərinə yalan danışmaqla don geyindirmək istəyir: “Özünü bizim həmkarımız kimi təqdim edən Amir Asgharnejadın hərəkəti dünya jurnalistikasına ləkədir. O, jurnlaistikanın bütün prinsiplərini pozmaqla bizim müqəddəs peşəmizə həqarət yaxmış oldu. JEM olaraq belə halı pisləyir və Norveçli həmkarlarımıza müraciət edirik ki, Amir Asgharnejad kimi “jurnalistlərə” haqlı iradlarını ifadə etsinlər, nəinki Norveç Yayım Korporasiyasının kommunikasiya direktoruTommy Hansen kimi mövqe tutmaq. Əminik ki, həmin “jurnalist” cənab Hanseni də birtərəfli informasiya ilə aldadıb”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
10:09 17.10.2026
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
10:07 17.10.2026
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
09:54 17.10.2026
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
09:42 17.10.2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
08:16 17.10.2026
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib