Jurnalist Fatimə Mövlamlı həbs edildi

Jurnalist Fatimə Mövlamlı həbs edildi
SOSİAL
15:12 01.03.2025
218
Jurnalist Fatimə Mövlamlı həbs olunub.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Xətai Rayon Məhkəməsində istintaq orqanının təqdimatı üzrə qərar qəbul edilib.

Məhkəmə təqdimatı təmin edib. Onun barəsində 1 ay 9 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Fatimə Mövlamlı "Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb. Ona Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
OXŞAR XƏBƏRLƏR