Jurnalist Fuad Abbasov saxlanıldı - FOTO

Jurnalist Fuad Abbasov saxlanıldı - FOTO
DÜNYA
16:40 18.05.2019
8678
Rusiyanın hüquq-mühafizə orqanları paytaxt Moskvada yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovu saxlayıb. 

AZXEBER.COM report-a istinadən xəbər verir ki, jurnalist Rusiyadan deportasiya edilir. 

Belə ki, Rusiyanın bir neçə azərbaycanlı icması F.Abbasovun ölkədən deportasiya olunması tələbi ilə Moskva məhkəməsinə müraciət edib.  

Moskva məhkəməsi mayın 7-də "Xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması" adlı 2737/2019 nömrəli işə baxıb. Proses mayın 17-də yekunlaşıb. 

Mayın 18-də isə Rusiyanın hüquq-mühafizə orqanları məhkəmənin qərarı ilə F.Abbasovu saxlayıb. Hazırda jurnalistin Azərbaycana deportasiya edilməsi üçün prosedurlar həyata keçirilir. 
 

 


OXŞAR XƏBƏRLƏR