Jurnalist Nagehan Alçı peşəyə və insaniyyətə ziddi davranır - Ceyhun Musaoğlu faktlar səsləndirdi

Jurnalist Nagehan Alçı peşəyə və insaniyyətə ziddi davranır - Ceyhun Musaoğlu faktlar səsləndirdi
SOSİAL
11:50 25.05.2023
122
"Türkiyəli jurnalist Nagehan Alçının Azərbaycan barədə səsləndirdiyi qərəzli fikirlər iki türk ölkəsinin ayrılmaz qardaşlığına kölgə salmağa hesablanıb və düşünülmüş bu məkrli plan təbii ki, beşikdəcə boğuldu".

AZXEBER.COM xəbər verir ki, bu fikirləri mediaya açıqlamasında Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu deyib.

JEM sədr hesab edir ki, Türkiyədə keçirilən prezident seçkisində ATA blokunun namizədi olmuş Sinan Oğanın seçicilərini ikinci turda Cumhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğanı dəstəkləməyə çağırması türklük düşüncəsindən uzaq olanların canına vəlvələ salıb və belə qərəzli insanlardan biri də jurnalist Nagehan Alçıdır.
Ceyhun Musaoğlunun fikrincə  türkiyəli jurnalistin Sinan Oğanın məhz azərbaycanlı olduğuna görə Ərdoğanı dəstəkləməsi ilə bağlı arqumenti çürükdür:

"Viktor Hüqonun məşhur fikri var: "Qaliblərin yanında olmaq alicənablıqdır". Nə xoş bizə ki,  Türkiyə siyasətində Sinan bəy kimi alicənab azərbaycanlı siyasətçi var. Türkiyədə keçirilən seçkilər dünyaya demokratiya dərsi idi. Bu şəffaf prosesin birinci turunda Rəcəb Tayyib  Ərdoğan ciddi üstünlük əldə etdi və Türkiyə Prezidentinin rəhbəri olduğu AKP Böyük Millət Məclisində böyük səs çoxluğu qazandı. Bu o anlama gəlir ki, Ərdoğan sevilir və türk xalqının əksəriyyəti onu yenidən prezident görmək istəyir və dövlətə,  hökumətə rəhbərlik etməsini  arzulayır. Belədə Sinan Oğanın Ərdoğan bəyə dəstək verməsində başqa təsir axtarmaq məntiqsizlikdir, cənab Alçın əgər jurnalistdirsə belə məntiqsiz davranışı onun peşəsinə ziddir".

JEM sədri  Nagehan Alçının nəinki jurnalist kimi, bur insan kimi ziddiyətli xarakterə malik olduğunu, xüsusən azərbaycanlılara qarşı böhtan, yalan, iftira prizmasından çıxış etdiyini bildirib və bu yanaşmasını əsaslandıran bir fakta diqqət çəkib: 

"Bu adam SOROS Fondunun maliyyələşdirdiyi Beynəlxalq Böhran Qrupunun  əməkdaşı kimi  hələ işğal dövründə Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfər etmişdi. Məqsədi Ermənistanın  işğalçılıq siyasətinə haqq qazandırmaq, Qarabağdakı qondarma və terrorist rejimini təbliğ etmək idi. Azərbaycanın işğal altında olan bölgələrə  səfər edənləri  "qara siyahı”ya salırdı,  Nagehan Alçı da həmin siyahıya düşmüşdü. Təsəvvür edin ki, bu jurnalist Azərbaycana səfər etmək üçün adının "qara siyahı”dan çıxarılması xahişi ilə rəsmi Bakıya müraciət etmişdi. O, müraciətində Azərbaycanın ərazi bütövlüyünə hörmət etdiyini bildirmişdi. Azərbaycan onun bu səmimiliyinə inanmasa da, yalnız Türkiyə vətəndaşı olduğuna görə adının "qara siyahı”dan çıxarılması ilə bağlı qərar vermişdi. Buna baxmayaraq, o Azərbaycana səfər edib geri qayıdandan sonra Türkiyə mediasında Azərbaycanı məzxərəyə qoymuşdu. Buyurun, belə jurnalist olurmu, onun yazdıqlarının çəkisi təbii ki, çox aşağıdır, çünki jurnalistikanın tərəfsizlik, lehinə və əleyhinə təbliğat aparmaq qadağası kimi prinsiplərinin əleyhinə işləyir, ziddinə yaşayır".

Ceyhun Mudaoğlu Nagehan Alçının milli zəmində bölücülüyə xidmət etdiyini də söyləyib və onun ATA blokundan olan iki namizəddən biri Ümud Özdağın  namizəd Kılıcdaroğlunu, Sinan Oğanın isə Ərdoğanı dəstəkləməsini birincinin çərkəz, ikincinin azərbaycanlı olması ilə əlaqələndirir: "Bütöv insan bir dövlətin daxilindəki xalqları bolməz. Bölərsə, o yarımçıq insandır və separatçı təfəkkürə malikdir'. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyada Milli Təhlükəsizlik Şurası yaradılır
19:50 27.08.2025
Almaniyada Milli Təhlükəsizlik Şurası yaradılır
Aİ Trampın avtomobillər və mallar üzrə tariflərin azaldılması tələbi ilə razılaşacaq
19:39 27.08.2025
Aİ Trampın avtomobillər və mallar üzrə tariflərin azaldılması tələbi ilə razılaşacaq
HƏMAS-ın yüksək vəzifəli şəxsi öldürülüb
19:28 27.08.2025
HƏMAS-ın yüksək vəzifəli şəxsi öldürülüb
İsrail HƏMAS-a qarşı əməliyyat keçirib, külli miqdarda vəsait müsadirə olunub
19:10 27.08.2025
İsrail HƏMAS-a qarşı əməliyyat keçirib, külli miqdarda vəsait müsadirə olunub
İtaliya millisinin heyətində Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
18:57 27.08.2025
İtaliya millisinin heyətində Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
İsrail Qəzzanın təxliyə edilməsini qaçılmaz hesab edir
18:39 27.08.2025
İsrail Qəzzanın təxliyə edilməsini qaçılmaz hesab edir
"Roma"nın yarımmüdafiəçisi A Seriyasının digər təmsilçisinə keçə bilər
18:27 27.08.2025
"Roma"nın yarımmüdafiəçisi A Seriyasının digər təmsilçisinə keçə bilər
Tramp: Corc Soros və oğlu məsuliyyətə cəlb olunmalıdır
18:07 27.08.2025
Tramp: Corc Soros və oğlu məsuliyyətə cəlb olunmalıdır
Atası tərəfindən döyüldüyü iddia edilən iki yaşlı körpə xəstəxanaya yerləşdirildi
17:52 27.08.2025
Atası tərəfindən döyüldüyü iddia edilən iki yaşlı körpə xəstəxanaya yerləşdirildi
Turizm eksperti: “Azərbaycana turist axınında azalma müşahidə olunur”
17:34 27.08.2025
Turizm eksperti: “Azərbaycana turist axınında azalma müşahidə olunur”
DOST Mərkəzindəki yanğın söndürüldü
17:23 27.08.2025
DOST Mərkəzindəki yanğın söndürüldü
Xırdalanda DOST Mərkəzi yanır
16:56 27.08.2025
Xırdalanda DOST Mərkəzi yanır
Mirzoyan: Azərbaycanla sülh müqaviləsinin imzalanması və ratifikasiyası planlaşdırılır
16:54 27.08.2025
Mirzoyan: Azərbaycanla sülh müqaviləsinin imzalanması və ratifikasiyası planlaşdırılır
Telefonunu götürmək üçün kanala girən gəncin meyiti tapıldı
16:36 27.08.2025
Telefonunu götürmək üçün kanala girən gəncin meyiti tapıldı
Zaqatalada qanunsuz sərnişindaşımaya qarşı tədbirlər keçirilib
16:32 27.08.2025
Zaqatalada qanunsuz sərnişindaşımaya qarşı tədbirlər keçirilib
"Əllərini vicdanlarına qoysunlar" - "Muğam müsabiqəsi"ndə etiraz edən xanəndə danışdı
16:24 27.08.2025
"Əllərini vicdanlarına qoysunlar" - "Muğam müsabiqəsi"ndə etiraz edən xanəndə danışdı