Serxio Ramos İspaniya klubunun prezidenti ola bilər

Serxio Ramos İspaniya klubunun prezidenti ola bilər
İDMAN
10:29 02.01.2026
410
İspaniya millisinin sabiq futbolçusu Serxio Ramos "Sevilya" klubunun prezidenti ola bilər.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, 39 yaşlı müdafiəçi La Liqa təmsilçisini almaq üçün təklif irəli sürüb.

"Sevilya"nın ABŞ fondu ilə danışıqları uğursuzluqla nəticələnib və bu da səhmlərin qiymətinin düşməsinə səbəb olub. Hazırda ən böyük məbləği Ramosun təklif etdiyi deyilir.

Qeyd edək ki, Serxio Ramos "Sevilya"nın yetirməsidir. O, 2004/2005 və 2023/2024 mövsümlərində əsas komandada çıxış edib. Karyerasında "Real" və Fransanın PSJ komandalarında da oynamış müdafiəçi son olaraq Meksikada "Monterrey"in formasını geyinib.
 
OXŞAR XƏBƏRLƏR