Jurnalist Səbuhi Məmmədlinin vəziyyəti ağır olaraq qalır

Jurnalist Səbuhi Məmmədlinin vəziyyəti ağır olaraq qalır
SOSİAL
11:04 15.01.2024
139
Jurnalist Səbuhi Məmmədovun səhhətində ciddi dəyişiklik yoxdur.

TƏBİB-dən AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirilib ki, onun vəziyyəti ağır olaraq qalır.

Qeyd edək ki, tanınmış jurnalist Səbuhi Məmmədlinin müalicəsi Yeni Klinikanın Reanimasiya şöbəsində davam etdirilir. Kəskin tənəffüs çatışmazlığı diaqnozu qoyulan Səbuhi Məmmədlinin vəziyyəti kritik ağır qiymətləndirilir. Bu gün hemodializ müalicəsi alması nəzərdə tutulub.

Xatırladaq ki, Səbuhi Məmmədli "Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı" çərçivəsində hemodializ müalicəsi alır.
OXŞAR XƏBƏRLƏR