S.Verdizadə əlavə edib ki, sözügedən layihənin icrası yekunlaşsa da saytın fəaliyyəti davam etdirilir: “Layihənin məzmununa uyğun olaraq aşkarlnan yeni faktlar sayta yerləşdirilir. Sayta maraq böyükdür. Dünyanın 42 ölkəsindən bu saytı ziyarət ediblər. Maraqlıdır ki, saytın ziyarətçiləri arasında Azərbaycandan sonra üstünlük ABŞ vətəndaşlarına məxsusdur. Saytın ümumi ziyarətçilərinin 1,5 faizini isə Ermənistan vətəndaşları təşkil edir”.
“Hazırda saytın rus, alman və fransız versiyasının yaradılmasını planlaşdırırıq. Ümid edirik ki, imkanlı və vətənpərvər soydaşlarımız bu vacib işdə dəstəklərini əsirgəməyəcəklər”, - deyə JAM sədri vurğulayıb.