Jurnalist təşkilatı Avropa Parlamentinə müraciət etdi

Jurnalist təşkilatı Avropa Parlamentinə müraciət etdi
MEDIA
16:50 26.02.2018
1776

"Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi Avropa Parlamentinə müraciət ünvanlayıb.

 

Bu barədə AZXEBER.COM-a JAM sədri Seymur Verdizadə məlumat verib. S.Verdizadə bildirib ki, sözügedən müraciət rus və ingilis dillərinə tərcümə olunaraq, Avropa Parlamenti üzvlərinin elektron ünvanına göndərilib.

Müraciət də deyilir: "Avropa Parlamenti,  Avropa İttifaqı, Avropa Şurası Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib. Avropa Parlamentinin 09 iyul 2015-ci il tarixli plenar iclasında məruzəçi Eduard Kukanın hazırladığı "Avropa Qonşuluq Siyasətinin nəzərdən keçirilməsi” adlı qətnamə qəbul  edilib. Qətnamədə  Avropa Qonşuluq Siyasəti ölkələri ilə münasibətlərdə dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə dəstək verilməsinin başlıca prinsip olduğu xüsusilə vurğulanır və bu xüsusda bir dövlət tərəfindən digərinin ərazisinin işğalının yolverilməz olduğu bəyan edilir. Bu baxımdan 2018-ci ilin yanvar ayında Avropa Parlamenti üzvü Lars Adaktusson Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionuna səfər etməsi və işğal olunmuş ərazilərimizdə yaradılmış qondarma rejimin təmsilçiləri ilə görüşməsi təəssüf doğurur.

27 fevral 2018-ci ildə Avropa Parlamenti üzvləri Lars Adaktusson və Mişel Rivasi Avropa Parlamentinin binasında Dağlıq Qarabağla bağlı tədbir keçirməyi planlaşdırırlar. Bu tədbir Tufenkian Foundation, Armenian Legal Centerfor Justiceand Human Rights və European Armenian Federation for Justiceand Democracy adlı erməni lobb itəşkilatlarının sponsorluğu ilə təşkil olunacaq. 28 fevral 2018-ci ildə isə Avropa Parlamenti binasında (European Parliament – Room JAN 6Q2) AP üzvü Frank Engelin təşkilatçılığı ilə "Dağlıq Qarabağ və Aİ: 1988-2018” mövzusunda tədbir keçirilməsi planlaşdırılır. Bu tədbir The Armenian General Benevolent Union və European Friends of Armenia adlı lobbi qruplarının sponsorluğu ilə həyata keçiriləcək.

Bir daha qeyd edək ki, bəzi üzvləri öz fəaliyyətlərində Avropa Parlamentinin qətnamələrini nəzərə almırlar. Bu cür yanaşma Avropa Parlamentinin və Avropa İttifaqının dondurulmuş münaiqəşələrin həlli ilə bağlı səylərinə mane olur və kölgə salır. Çünki, Avropa Parlamenti öz sənədlərin dədəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Sizlərdən Avropa Parlamentinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrində qeyd olunan prinsiplərə sadiqliyini nünayiş etdirərək bu tədbilərə qatılmamağınızı xahiş edirik.

Eyni zamanda bu gün – fevral ayının 26-da Xocalı soyqırınmın 26-cı ildönümü qeyd olunur. Bildiyiniz kimi, 26 il əvvəl Ermənistan Silahlı Qüvvələri  tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. İşğal nəticəsində 613 dinc sakin həlak olmuş, 1275 nəfər girov götürülmüşdür. Bir daha təssüf hissi ilə qeyd edirik ki, Avropa Parlamenti Xocalı soyqırımına biganə qalır. Avropa Parlamentinin iclasları və tədbirlərində Xocalı soyqrımı haqqında müvafiq qətnamə qəbul edilməsi məsləsini qaldırmağa çağırırıq”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Salyanda avtomobil aşıb - 3 nəfər xəsarət alıb
10:11 18.10.2026
Salyanda avtomobil aşıb - 3 nəfər xəsarət alıb
Kürdəmirdə qatar yoluna çıxan kişi öldü
10:07 18.10.2026
Kürdəmirdə qatar yoluna çıxan kişi öldü
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
09:50 18.10.2026
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
09:44 18.10.2026
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
09:29 18.10.2026
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
09:16 18.10.2026
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
09:08 18.10.2026
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
09:03 18.10.2026
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
08:55 18.10.2026
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
08:49 18.10.2026
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
08:36 18.10.2026
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
Kollecdə faciə: Ölən və yaralananlar var
08:30 18.10.2026
Kollecdə faciə: Ölən və yaralananlar var
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
08:23 18.10.2026
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
08:16 18.10.2026
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
08:09 18.10.2026
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
08:00 18.10.2026
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib