Türkiyənin paytaxtı Ankarada ABŞ səfirliyində partlayış törədən DHKP-C (Devrimçi (inqlabçı) xalq qurtuluşu partiyas-cəbhəsi) terror təşkilatı bu səbəbdən gözünü itirmiş jurnalist Didem Tuncaya pul yardımı təklif edib. İnternet saytlarından birində Didem Tuncay və ailəsindən üzr istəyən DHKP-C qəbul edəcəkləri təqdirdə xəstəxana məsrəflərini ödəyə biləcəklərini qeyd ediblər.“Göstərdiyimiz həssaslığa baxmayaraq hədəfimiz olmayacaq, jurnalist olduğu bildirilən Didem Tuncay bu əməliyyatda xəsarət alıb. İstəmədən səbəb olduğumuz bu xəsarətə görə Didem Tuncaydan, ailəsindən, xalqımızdan və mətbuat əməkdaşlarından üzr istəyirik. Didem Tuncayın ən yaxın zamanda səhhətinə qovuşmasını təmənna edirik. Didem Tuncay və ailəsi də qəbul edəcəkləri təqdirdə xəstəxana məsrəflərini qarşılayacağımızı da bildiririk” – deyə açıqlamada qeyd edilib.