Jurnalisti təhqir edən generalın qardaşı üzr istədi – Video

Jurnalisti təhqir edən generalın qardaşı üzr istədi – Video
SOSİAL
16:08 20.06.2018
5210
İyunun 2-də güclü sel nəticəsində Göyçay çayı üzərində avtomobil körpüsünün uçması ilə bağlı başlanan cinayətdə DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin sabiq rəisi, polis general-mayoru və Quba rayon İcra Hakimiyyətinin sabiq başçısı Ərziman Əliyevin qardaşı Nəciməddin Mikayıl oğlu Əliyevin həbs olunması ilə bağlı jurnalistin sualını cavablandıran zaman general Ərziman Əliyev tərəfindən əməkdaşımızın ağır söyüşlərələ təhqir olunması ilə bağlı xəbər vermişdik.
 
Cəmiyyətin tanınan simaları, millək vəkilləri, siyasətçilər, ziyalılar, generallar, media nümayəndələri, mədəniyyət adamları bu biabırçı hərəkəti pisləmiş, peşə fəaliyyətini yerinə yetirən jurnalisti təhqir edən generalın cəzalandırılmasını tələb etmişdilər. Əli Cahangiroğlunun özü isə mətbuata açıqlamasında generalı məhkəməyə verəcəyini bildirmişdi.
 
Məsələ ilə bağlı ötən gün general Ərziman Əliyevin qardaşı Polad Əliyev jurnalist Əli Cahangiroğlu ilə əlaqə saxlayaraq çox üzgün, peşman olduqlarını bildirib, jurnalistdən üzr istəyib. O yazılı açıqlamasında bildirib ki, general qardaşı Ərziman Əliyevə məxsus telefona həmin gün o, özü cavab verib və şok vəziyyətində olduğu üçün bilmədən jurnalisti təhqir edib.
 
Polad Əliyev təkidlə bildirib ki, həmin gün qardaşı Ərziman Əliyevlə ona məxsus olan avtomaşında birlikdə olub və qardaşı maşından düşdükdən sonra mobil telefonu avtomaşında qalıb, jurnalist Əli Cahangiroğlunun zənginə məhs özü cavab verib. Bu səbəbdən etdiyi söyüşə görə üzr istəyən və üzürxaxlığının qəbul olunmasını xahiş edən general-mayor Ərziman Əliyevin qardaşı Polad Əliyev üzrxahlıqla bağlı səsli açıqlama da verib. Jurnalist Əli Cahangiroğlu deyib ki, generalın "ailə üzvlərinin narahatlığını, qardaşının bilavasitə gələrək təmsil etdiyi ailənin və özünün adından yazılı üzr istəməsini və bir çox ziyalıların, media rəhbərlərinin xahişini nəzərə alaraq” üzxahlığı qəbul edir və generalı bağışlayır.
 
Redaksiyadan: "Bizim Yol” qəzetinin və bizimyo.info saytının baş redaktoru Bahəddin Həziyev Polad Əliyevin açıqlamasını şərh edərək deyib: "Biz baş vermiş olayı bir daha pisləyirik. Bir daha öz mövqeyimizdə qaldığımızı bildirirk. Jurnalistlə Ərzuman Əliyevin qardaşı deyil, özü danışıb; bunu səs yazısından da aydın görmək olur. Jurnalist ona salam verir, "Ərzuman müəllim, necəsiniz?” deyir. O da: "Çox sağ olun, yaxşıyam” deyə cavab verir. telefonu açan general Ərziman Əliyevin özü olub. Həm bu necə ailə tərbiyəsidir ki, bir qardaşın şəxsi telefonuna başqa qardaş telefon sahibinin adından cavab verir?! Ümumiyyətlə, bu insidentdən sonra general-mayor Ərzuman Əliyevin adından mənim əksər yaxın dostlarım, tanınmış ziyalılar, həmkarlarm da olmaqla xeyli sayda insan zəng edib onu bağışlamağımızı xahiş etdi. Mən də hər dəfə eyni mövqedən cavab verdim: "Ərzuman Əliyev jurnalstdən üzr istəsin, o da qəbul edərsə, bu insidentə nöqtə qoyular”.
 
Bu telefon danışıqlarının heç birində heç kəs demədi ki, telefonu götürən Ərzuman Əliyev deyil, onun qardaşı olub. Bu, sonradan ortaya çıxmış məsələdir və məqsəd Ərzuman Əliyevi məsuliyyətdən yayındırmaq məqsədi güdüb”.
 
Baş redaktor deyib ki, jurnalist Əli Cahangiroğlu üzrxahlığı qəbul etsə də, məhkəmə iddiasından imtina etmiş olsa da, "Bizim Yol” redaksiyası insidentin günahkarının qismən cəzasız qaldığını düşünür: "Günlərlə ölkənin ən qabaqcıl media quruluşları, ziyalılar, generallar, ictimaiyyət nümayəndələri, jurnalistlər bu olaya öz mənfi münasibətini bildirdi, ictimai qınaq çox böyük oldu. Ərzuman Əliyev Əli Cahangiroğluna dediklərinin cavabını artıqlaması ilə aldı. Buna baxmayaraq, "Bizim Yol” olaraq Ərzuman Əliyevin hüquqi müstəvidə cəzasız qalması bir daha onu göstərdi ki, qanunlar və ya qanunu tətbiq edənlər jurnalistləri sona qədər müdafiə etməkdən uzaqdırlar. Ərzuman Əliyevin əvəzindən kimin üzr istəyib-istəməməsindən asılı olmayaraq redaksiyamız və güman edirəm ki, çoxminli media mənsubları bununla barışmır və öz mövqeyində qalır”.
 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
07:10 26.03.2026
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
05:39 26.03.2026
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
05:32 26.03.2026
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
03:07 26.03.2026
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
02:49 26.03.2026
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
02:31 26.03.2026
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
02:21 26.03.2026
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
01:34 26.03.2026
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
01:09 26.03.2026
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
00:49 26.03.2026
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
Qalmaqallı prokuror işdən çıxarıldı
00:07 26.03.2026
Qalmaqallı prokuror işdən çıxarıldı
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
00:05 26.03.2026
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
Bu şəxslərin pensiyası övladına veriləcək
23:52 25.03.2026
Bu şəxslərin pensiyası övladına veriləcək
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
23:45 25.03.2026
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
23:33 25.03.2026
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər
23:12 25.03.2026
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər