Jurnalistin ölümü nazirin istefasına səbəb oldu

Jurnalistin ölümü nazirin istefasına səbəb oldu
DÜNYA
20:05 12.03.2018
2368

Slovakiyanın baş nazir müavini və daxili işlər naziri Robert Kalinyak jurnalist Yan Kutsiyakın qətli fonunda meydana gəlmiş ictimai təzyiqlər altında istefa verib.

Bu barədə "iDNES.cz” məlumat yayıb.

DİN rəhbəri qətlin araşdırılmasının və günahkarların məsuliyyətə cəlb olunmasının onun üçün son dərəcə vacib olduğunu bildirib.

"Bu arada, emosiyalar ən yüksək həddə çatıb. Mən koalisiya tərəfdaşlarımın baxışlarını bölüşürəm, ona görə, hesab edirəm ki, ölkədə sabitliyin qorunması naminə bu addımı atmalıyam. Ona görə istefa vermək qərarına gəldim” deyə Kalinyak.

Onun sözlərinə görə, könüllü şəkildə qəbul etdiyi bu qərarı artıq baş nazirə bildirib. Onun parlamentdə deputat olaraq fəaliyyətini davam etdirib-etdirməyəcəyi hələ aydın deyil. Bundan əvvəl o, müxalifətin tələblərinə baxmayaraq, istefa verməkdən imtina edirdi.

Qeyd edək ki, Kalinyak 2012-ci ildən bəri Slovakiyanın daxili işlər naziri vəzifəsini tutur.

Xatırladaq ki, 27 yaşlı jurnalist Yan Kutsiyak və onun rəfiqəsi Martina Kuşnirovanın meyitləri fevralın 25-də Bratislava şəhəri yaxınlığındakı evlərində aşkarlanıb.

Onlar odlu silahla qətlə yetirilib. Gənc jurnalistin slovak siyasətçilərin italyan mafiyası ilə əlaqələrini araşdırdığı deyilir.

"Euronews”un məlumatına görə, jurnalistin qətli xəbəri Bratislava və 50 digər şəhərdə son otuz ilin ən böyük etiraz aksiyalarına yol açıb. Etirazçılar Kalinyak və baş nazir Robert Fitsonun istefasını və ölkədə növbədənkənar seçkilərin keçirilməsini tələb edib.

 

oxu.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ bu şəxslərə qarşı sanksiyalar tətbiq edəcək
07:59 06.03.2025
ABŞ bu şəxslərə qarşı sanksiyalar tətbiq edəcək
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
06:52 06.03.2025
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
04:47 06.03.2025
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
03:45 06.03.2025
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
02:40 06.03.2025
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
Papa Fransiskin müalicəsi davam etdirilir
01:35 06.03.2025
Papa Fransiskin müalicəsi davam etdirilir
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
01:12 06.03.2025
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
01:09 06.03.2025
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
00:51 06.03.2025
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
00:34 06.03.2025
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
00:28 06.03.2025
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
23:58 05.03.2025
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
23:37 05.03.2025
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
23:29 05.03.2025
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
23:27 05.03.2025
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
23:23 05.03.2025
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik