"Jurnalistin xəbərdarlıq edilmədən məhkəməyə verilməsi fikir və söz azadlığına təhdiddir" — Hacıbəy Heydərli

"Jurnalistin xəbərdarlıq edilmədən məhkəməyə verilməsi fikir və söz azadlığına təhdiddir" — Hacıbəy Heydərli
MEDIA
21:46 29.11.2024
456
"Jurnalistlərin yazdıqları yazılara görə məhkəməyə verilməsi presedentinə son qoyulmalıdır. Çünki son illər Azərbaycanda media sahəsində çox ciddi islahatlar aparılıb. "Media haqqında” Qanun qəbul edilib, Media Reyestri yaradılıb və jurnalistlərin peşəkarlaşması istiqamətində tədbirlər həyata keçirilir. Belə olan təqdirdə heç bir xəbərdarlıq edilmədən jurnalistin xüsusi ittiham qaydasında məhkəməyə verilməsi həm onun fəaliyyətinə, eyni zamanda ölkədə hökm sürən söz və fikir azadlığına birbaşa təhdid rolunu oynaya bilər”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli deyib. H.Heydərli bildirib ki, bu hal daha sonra beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanda media ilə bağlı duruma təsir edə bilər: 

"Belə olan halda təqdirdə məmurların jurnalistləri məhkəməyə verməsini onların, əslində, öz səhvlərini ört-basdır etməsi və bir növ jurnalistləri susdurmaq niyyəti güddüyünü nəzərə alsaq, bu ənənəyə son qoyulmalıdır. Jurnalisti bu yolla susdurmaq olmaz. Çünki "Media haqqında”  Azərbaycan Respublikasının Qanununda göstərilir ki, əgər jurnalist hansısa məlumatı səhv anlayıbsa, bu barədə media subyektinə əvvəlcə xəbərdarlıq edilməli, yazının silinməsi və ya düzəliş edilməsi ilə bağlı məlumat verilməlidir. Yox, əgər, heç bir xəbərdarlıq edilmədən jurnalist hansısa məmur tərəfindən məhkəməyə verilibsə, bu, birbaşa Azərbaycanda fikir və söz azadlığına təhdid kimi qiymətləndirilə bilər. Bu baxımdan, bütün məmurlara çağırış etmək istəyirəm ki, belə hallarla qarşılaşdıqda bununla bağlı müvafiq qanunun tələblərini əsas götürsünlər və bu kimi halların qarşısı alınsın”. 

H.Heydərli onu da qeyd edib ki, Mətbuat Şurasının tərkibində Şikayətlər Komissiyası fəaliyyət göstərir və bu kimi xüsuslarda şikayətçi tərəflər quruma müraciət edə bilərlər:

"Bu komissiya şikayətləri obyektiv şəkildə araşdırır, həmçinin daha sonra bunu ictimailəşdirir. Əgər jurnalistin yazısında hər hansısa bir nöqsan varsa, bununla bağlı, təbii ki, qərar çıxarılır. Amma bütün bunlara baxmayaraq məhkəmə qaydası ilə jurnalist haqqında cinayət işinin açılmasını tələb etmək indiki dövrdə Azərbaycana yaraşmayan bir haldır. Dünyanın bir çox ölkəsində informasiya haqqında qanun qəbul edilib. Bu qanunun da məğzi ondan ibarətdir ki, jurnalist yazdığı yazıya görə məhkəməyə verilə bilməz. Bu qanun uzun illərdir Azərbaycanda müzakirə olunur, amma hələki qəbul olunmayıb. Belə olsa da, düşünürəm ki, məmurlar, dövlət qurumları bu məsələdə çox diqqətli olmalıdırlar. Azərbaycanda hökm sürən söz və fikir azadlığından sui-istifadə edərək jurnalisti susdurmaq mənfi hal kimi dəyərləndirilə bilər”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
10:09 17.10.2026
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
10:07 17.10.2026
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
09:54 17.10.2026
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
09:42 17.10.2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
08:16 17.10.2026
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib