Jurnalistlər hansı müğənnilərə pərəstiş edir? - SORĞU

MƏDƏNİYYƏT
16:23 29.11.2013
1619

Daim müxtəlif layihələri, maraqlı mövzuları ilə oxucuların görüşünə gələn Editor.az bu dəfə “Jurnalislər hansı müğənniləri dinləyir” sualı ilə ölkənin aparıcı mətbuat orqanlarında çalışan jurnalistlər arasında sorğu keçirib.

Sorğuya qatılan jurnalistlər musiqi zövqü və sevdiyi müğənnilərlə bağlı təəssüratlarını Editor.az-a bölüşüblər.

Azər Ayxan ( “Yeni Müsavat” qəzeti baş redaktorunun I müavini):

Hər müğənnini dinləməm, hər ifaçının ifasına qulaq asmaram. Çalışıram ki, maksimum zövqümü qoruyum. Konkret hansısa Azərbaycan müğənnisinin pərəstişkarı deyiləm. Vəziyyətdən asılı olaraq bu sahədəki “pəsəstişkarlığım” dəyişir. Əksi dövrlərin müğənni və xanəndələrindən tutmuş, son vaxtlar səhnədə, efirdə görünən gənc ifaçılara qədər geniş miqyaslı olur bu “pərəstişkarlığım”. Elə gün olur Rübabə Muradovaya qulaq asmaq istəyirəm, elə gün olur Röyanın ifalarına ruhən tələbkarlıq hiss edirəm. Bəzən Mirzə Babayevin, Flora Kərimobanın, hətta Seyid Şuşinskinin ifalarını dinləyirəm. Elə də olur Natiqin nağarasına, Ənvərin qarmonuna qulaq asmaq keçir könlümdəm. Bir sözlə, bu məsələdə bir müğənniyə, inusturmentalçıya takılıb qalmıram… Amma Teymur Əmrahın ifaları hazırda ən öndə gəlir mənim üçün. O, təkcə yaxşı oxumur, həm də öz sahəsinin ən savadlı mütəxəssislərindən sayılır.

Elməddin Muradlı (“Üç Nöqtə” qəzetinin əməkdaşı və APA TV-nin aparıcısı):

Zeynəb Xanlarovanı, Flora Kərimovanı, Roya Ayxanı, Nadir Bayramlını bəyənirəm. Türkiyəli ifaçılardan Müslüm Gürsəs, Bariş Manço, Sezen Aksuya pərəstiş edirəm. Hərdən Alla Puqaçovaya qulaq asıram. Bütün hallarda musiqimiz günümüz olmur. Musiqi bizim həyatımızın ayrılmaz tərkib hissəsidir.

Zaur Rəsulzadə (Haqqın.az portalının əməkdaşı):

Əsasən milli musiqilərimizi və xalq mahnılarını dinləyirəm. O qədər müğənni var ki, adam heç bilmir kimin adını çəksin. Bizim müğənnilərdən Briliant Dadaşovanın adını çəkə bilərəm.

Günel Şükürova (Azxeber.com portalının əməkdaşı):

Əsasən türk ifalarına qulaq asıram. Kənan Doğulu, Murad Boz əsas dinlədiyim ifaçılar arasındadır. Yerli ifaçılardan Aybəniz Haşımova, Röya Ayxan və Günay İbrahimlini dinləyirəm.

Ceyhun Əhmədov (Axşam.az portalının əməkdaşı):

Əsasən klassik musiqiləri dinləyirəm. Meyxana və palatka mahnılarını görməyə gözüm yoxdur. Türk mahnılarına qulaq asıram. Sezen Aksu, Tarkan da sevdiyim müğənnilərdəndir. İndiki ifaçılardan Elnur və Briliant, klassiklərdən Rəşid Behbudov və Şövkət Ələkbərovanı bəyənirəm.

Fərid Xıdırlı (Showlife.az portalının əməkdaşı):

Musiqi mənim hobbimdir. Günümün əsas hissəsini musiqi dinləməklə keçirirəm. Müğənnilərdən Aybəniz Haşımovanı, Səidə Sultanı, Nura Surini bəyənirəm.

OXŞAR XƏBƏRLƏR