Jurnalistlər prezidentin qızının dəvətiylə Orta Asiyaya gedir

Jurnalistlər prezidentin qızının dəvətiylə Orta Asiyaya gedir
MEDIA
14:00 18.04.2013
1586

Bu il aprelin 25-26-da Qazaxıstanın paytaxtı Astanada Prezident Nursultan Nazarbayevin qızı, deputat Dəriğə Nazarbayevanın başçılıq etdiyi Avrasiya Media Forumunun 11-ci toplantısı keçiriləcək. AZXEBER.COM-un məlumatına görə, dünyanın bir çox ölkələrindən siyasət, biznes və media adamlarının qatılacağı toplantıya Azərbaycandan Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu ilə Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət də dəvət edilib.

Azər Həsrətin mediaya verdiyi bilgiyə görə, onlar dəvəti qəbul edərək ayın 24-də Qazaxıstana yola düşəcəklər. Toplantıda iştirakla bərabər müxtəlif şəxslərlə görüşlərin nəzərdə tutulduğu səfər çərçivəsində D.Nazarbayeva ilə ayrıca müzakirələrin aparılması da planlaşdırılır.

CASCFEN sədri bildirib ki, onlar Forumun işində iştirak etdikdən sonra Almatı şəhərinə gələrək burada Beynəlxalq Mətbuat İnstitutu (BMİ) Qazaxıstan Milli Komitəsinin təsis yığıncağına qatılacaqlar. Bundan sonra isə qonşu Qırğızıstana səfər edərək orada BMİ Qırğızıstan Milli Komitəsinin quruculuq işlərinin durumu ilə tanış olacaqlarını deyən Azər Həsrət qeyd edib ki, U.Rəhimoğlu dərhal Azərbaycana qayıdacaq, o isə səfər proqramını mayın 8-dək davam etdirəcək.

CASCFEN sədri Azər Həsrətin səfər proqramında qurumun Orta Asiya baş təmsilçiliyinin işi ilə maraqlanmaq, həmçinin hər iki ölkədə ayrı-ayrı jurnalist qurumlarının rəhbərləri və ictimai-siyasi fəallarla görüşlər nəzərdə tutulub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” (RƏY)
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” (RƏY)
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
FHN Aqşin Fatehin restoranını bağladı
15:43 25.06.2026
FHN Aqşin Fatehin restoranını bağladı
Prezident bu ölkədəki səfiri geri çağırdı
15:19 25.06.2026
Prezident bu ölkədəki səfiri geri çağırdı
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
15:16 25.06.2026
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
15:10 25.06.2026
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
Avropada istidən ölənlərin sayı artdı
14:49 25.06.2026
Avropada istidən ölənlərin sayı artdı
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
14:42 25.06.2026
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
Azərbaycanda hərbçilərlə bağlı qərar - Prezident təsdiqlədi
14:40 25.06.2026
Azərbaycanda hərbçilərlə bağlı qərar - Prezident təsdiqlədi
Mütəxəssislər xəbərdarlıq edir: Skoliozun ən kritik dövrü bu yaş arasıdır
14:38 25.06.2026
Mütəxəssislər xəbərdarlıq edir: Skoliozun ən kritik dövrü bu yaş arasıdır
Azərbaycanda Rəqəmsal İstehlak Vərdişləri və Mobil Mikro Maliyyələşmə
14:36 25.06.2026
Azərbaycanda Rəqəmsal İstehlak Vərdişləri və Mobil Mikro Maliyyələşmə
Həşəratların hücumuna məruz qalan aktyor xəstəxanalıq oldu
14:20 25.06.2026
Həşəratların hücumuna məruz qalan aktyor xəstəxanalıq oldu