Jurnalistlər ulduzun oğurluq etməsindən şübhələndilər - FOTO
DÜNYA
16:49 29.03.2013
1845
Amerikalı aktrisa Lindsi Lohan Braziliya paltar mağazasına "Qəzəbi idarə etmək" serialının çəkilişlərinə ona müvəqqəti verilmiş qolbağıda qatılıb. 26 yaşlı aktrisa jurnalistlərin qolbağı ilə bağlı suallarını cavablandırmaqdan imtina edib. O, "Niyə hələ də borc olaraq verilmiş zərgərlik əşyasını taxırsız?" sualına cavab verməkdə çətinlik çəkib.Bu da məlumdur ki, rəhbərlik Lohana o qolbağını bir günlük verib. Ehtimal edilir ki, serialın yaradıcı heyəti qolbağını aktrisaya hədiyyə eləmək qərarına gəlib. Lakin ulduz Lohanın 2011-ci ildə Kaliforniyada "Venice" qızıl dükanından 2.5 min dollarlıq bəzək əşyasını oğurladığını xatırlayan pərəstişkarları bu versiyaya şübhə edirlər.