Ötən gün Avropa Liqasının II təsnifat mərhələsinin oyunları çərçivəsində Çixura" (Gürcüstan) - "Bursaspor" (Türkiyə) qarşılaşması baş tutub.Gərgin mübarizə şəraitində keçən matçda əsas və əlavə olunan vaxtlarda hesab açılmayıb. Hakimin qərarı ilə penaltilər seriyası təyin edilib və gürcü komandası 4-1 hesabla türkləri məyus edib. "Bursaspor" bu nəticə ilə Avropa Liqasına vida etməli olub.Oyunla bağlı yadda qalan məqamlardan biri isə matçdan sonra keçirilən mətbuat toplantısı olub. Belə ki, qələbə sevinci yaşayan gürcü müxbirlər və tərəfdarlar türkiyəli jurnalistlərlə mübahisə etməyə başlayıb. Mübahisə böyüyərək davaya gətirib çıxarıb və nəticədə, türk müxbirlərə, onların texniki vasitələrinə zərər dəyib.Salonda olan təhlükəsizlik əməkdaşları çətinliklə davanın qaşısını ala bilib.