Jurnalistlərimiz iranlı jurnalistə etiraz etdilər - BƏYANAT

Jurnalistlərimiz iranlı jurnalistə etiraz etdilər - BƏYANAT
MEDIA
12:28 25.05.2012
1818

Özünü farsdilli “Tekon” televiziya kanalının jurnalisti Bijən Samami kimi təqdim edən iranlı müxbirin mayın 24-də internet resurslarında yayımlanan telereportajı "Bakı Kristal Zalı"nın Mətbuat Mərkəzində “Eurovision-2012” mahnı müsabiqəsini işıqlandıran azərbaycanlı jurnalistlərin hiddətinə səbəb olub. AZXEBER.COM xəbər verir ki, Azərbaycanın aparıcı KİV-lərinin əməkdaşları buna etiraz edən bəyanat qəbul ediblər. Bəyanatda qeyd olunub: - Əslində ona jurnalist də demək mümkün deyil. Reportajdan da göründüyü kimi, təlxək hərəkətləri ilə diqqəti cəlb etməyə çalışsa da, heç kim onu ciddi qəbul etmir. Öz ölkəsində bütün hüquq və azadlıqları boğulan təlxəyə deyəsən, Azərbaycanda gördüyü azadlıq kifayət qədər artıqlıq edib. Bakıda şahidi olduğu inkişaf və tərəqqi, yeni tikilən binalar iranlı təlxəyin başını necə gicəlləndiribsə, bütün bunların müqabilində o, Azərbaycanda aclıq və müflisliyin hökm sürdüyünü deyir. Bu şeytansifət “insan” deyir ki, Azərbaycan məhv olmaq üzrədir. Bu, ən primitiv təxribatdan və qısqanclıqdan başqa bir şey deyil. “Eurovision” kimi möhtəşəm bir mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi fonunda isə bu qısqanclıq özünü həddən artıq büruzə verir. Təbii ki, bu baxımdan iranlı jurnalistdən də bundan artıq nə gözləmək olar ki?! Biz bu təlxəyin internetdə Bakı ilə bağlı daha bir reportajını da izlədik. Eynilə bu reportaj da yalan və iftira üzərində qurulmuşdu. O, müsahiblərinin dediklərini təhrif edir, özünə sərf edəcək fikirlər səsləndirir. Bütün bunlar isə sadəcə özü kimi bəsit düşüncəli auditoriya üçün nəzərdə tutulub. "Bakı Kristal Zalı"nın Mətbuat Mərkəzindəki jurnalistlər də, “Eurovision-2012”nin iştirakçıları da müsabiqənin yüksək səviyyədə keçirildiyini və Bakının necə gözəl şəhər olduğunu həm müsahibələrində, həm də şəxsi söhbətlərində dəfələrlə bildiriblər. Görünür, bundan sonra Azərbaycan belə qısqanclıqlara təbii yanaşmalıdır. Çünki Azərbaycan bir çox ölkənin bacara bilməyəcəyi bir uğurun astanasındadır. Cəmi 20 illik bir zaman kəsiyində bir-birinin ardınca keçirilən beynəlxalq tədbirlər, forum və konfranslar gənc olmağına baxmayaraq, ölkəmizin dünyadakı nüfuzunun sübutudur. Azərbaycan bir çox beynəlxalq layihələrə imza atmaqla regionda lider, dünyada söz, nüfuz sahibi olmuşdur. Təfəkkürü mağara adamının səviyyəsində olan iranlı jurnalist bunları yaxşı bilsə də, vicdanının səsinə xilaf çıxır. Biz - AzərTAc, Trend, APA, ATV, AzTV, Space, Muz TV, Yurd TV, Vesti.az, Lent.az, 1News və digər KİV-lərin əməkdaşları əminik ki, bu cür hərəkətlərlə nə “Eurovision” mahnı müsabiqəsinin keçirilməsi prosesinə, nə də Azərbaycanın artan beynəlxalq imicinə zərər gətirmək mümkünsüzdür. Hər şey göz qabağındadır. *** Qeyd edək ki, Azərbaycan barədə videomaterialında iranlı jurnalist ölkəmizin şeytanla əməkdaşlıq etdiyini, yarışmanın keçirilməsinə hazır olmadığını və son günlərini yaşadığını deyir. Materialın müəllifi “Eurovision” yarışmasına gələn xaricilərə qarşı da qeyri-etik münasibət göstərir. Süjetin sonunda isə jurnalist sanki təsadüfən “Eurovision” yarışmasına gələn şəxsin əlindəki Azərbaycan bayrağına təpik atır. Həmin vidematerial əvvəlcə Youtube sosial şəbəkəsində yerləşdirilsə də, sonradan onun yayımı dayandırılıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
10:09 17.10.2026
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
10:07 17.10.2026
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
09:54 17.10.2026
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
09:42 17.10.2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
08:16 17.10.2026
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib