Jurnalistlərin adından saxta WhatsApp hesabları yaradılır: Mətbuat Şurası xəbərdarlıq etdi

Jurnalistlərin adından saxta WhatsApp hesabları yaradılır: Mətbuat Şurası xəbərdarlıq etdi
MEDIA
11:46 21.10.2026
203
Son günlər tanınmış jurnalistlərin adından saxta WhatsApp hesablarının yaradılması və həmin hesablar vasitəsilə müxtəlif məzmunlu mesajların göndərilməsi barədə məlumatlar daxil olur.

Hüquq-mühafizə orqanlarının açıqlamalarından bəlli olur ki, bu cür fəaliyyət Azərbaycanın hüdudlarından kənarda olan mütəşəkkil kibercinayətkar şəbəkələr tərəfindən həyata keçirilir. Həmin qruplaşmalar süni intellekt alqoritmlərindən və xüsusi proqram təminatlarından istifadə etməklə, dövlət qulluqçularını, müxtəlif müəssisə və təşkilatların əməkdaşlarını, eləcə də jurnalistləri və digər vətəndaşları hədəfə alırlar. Çoxsaylı maarifləndirici tədbirlərə baxmayaraq, bəzi vətəndaşlar hələ də belə dələduzluq əməllərinin təsirinə düşürlər.

Azərbaycan Mətbuat Şurası bu cür halların ayrı-ayrı insidentlərlə məhdudlaşmadığını və narahatedici tendensiyaya çevrilə biləcəyini nəzərə alaraq, jurnalistləri və ümumilikdə media işçilərini diqqətli olmağa çağırır. Tanıdıqları şəxslərin adından göndərilsə belə, şübhə doğuran mesajların həqiqiliyini yoxlamadan onlara etibar etməmək, cavab verməmək və məzmununu yaymamaq vacibdir. Xüsusilə, ictimai-siyasi məzmun daşıyan məlumatların mənbəyinin və həqiqiliyinin yoxlanılması mühüm əhəmiyyət daşıyır. Unudulmamalıdır ki, saxta hesablar vasitəsilə göndərilən mesajlar şəxslər barədə yanlış təsəvvür yaratmağı, onların nüfuzuna xələl gətirməyi, həmçinin, ictimai rəyi çaşdırmağı hədəfləyir.

Mətbuat Şurası bənzər hallarla qarşılaşan şəxslərə aşağıdakı addımları atmağı tövsiyə edir:

Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurun, hüquq-mühafizə orqanlarını məlumatlandırın. Yaşadığınız ərazi üzrə polis bölmələrinə də müraciət edə bilərsiz.

Milli Kibertəhlükəsizlik Agentliyinə müraciət edin. Hadisə barədə [email protected] elektron poçt ünvanına məlumat göndərin və ya Agentliyin 1654 qaynar xətti ilə əlaqə saxlayın.

İctimaiyyəti məlumatlandırın. Sizin adınızdan saxta hesabın fəaliyyət göstərdiyini şəxsi sosial şəbəkə hesablarınız vasitəsilə ictimailəşdirin. İnsanlar həmin hesabdan göndərilən mesajların sizə aid olmadığını bilsinlər, onların məzmununu həqiqət kimi qəbul etməsinlər.

Saxta hesabı WhatsApp platformasına şikayət edin. Bunun üçün hesabın profilinə daxil olaraq mövcud şikayətetmə funksiyasından istifadə edin. Saxta hesabdan göndərilən mesajların ekran görüntülərini, telefon nömrəsini və digər müvafiq məlumatları sübut kimi saxlayın. Saxta hesabın bloklanması üçün digər zərərçəkmiş şəxsləri də müvafiq qaydada şikayət göndərməyə çağırmaq olar. Minimum 15 nəfər tərəfindən şikayət verilməsi daha effektiv olur.

Mesajların həqiqiliyini alternativ vasitələrlə yoxlayın. Tanıdığınız şəxsin adından şübhəli mesaj aldıqda, onunla telefon zəngi və ya əvvəlcədən məlum olan digər ünsiyyət vasitəsi ilə əlaqə saxlayaraq, məlumatın doğruluğunu dəqiqləşdirin.

Jurnalistlər və digər media nümayəndələri belə hallarla qarşılaşdıqda, Azərbaycan Mətbuat Şurasını da məlumatlandıra və müvafiq dəstək üçün Şuraya müraciət edə bilərlər.

Azərbaycan Mətbuat Şurası jurnalistləri və ictimaiyyəti rəqəmsal mühitdə ayıq-sayıq olmağa, informasiya mənbələrini yoxlamağa və saxta hesablar vasitəsilə həyata keçirilən mümkün təxribatların yayılmasına şərait yaratmamağa çağırır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
13:28 21.10.2026
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan etdi - Siyahı
13:20 21.10.2026
Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan etdi - Siyahı
Bakıda milyonluq dələduzluqda ittiham olunan şirkət rəhbəri saxlanılıb
13:11 21.10.2026
Bakıda milyonluq dələduzluqda ittiham olunan şirkət rəhbəri saxlanılıb
Niderland XİN rəhbərinin Azərbaycana səfəri Hikmət Hacıyevlə müzakirə olunub
13:10 21.10.2026
Niderland XİN rəhbərinin Azərbaycana səfəri Hikmət Hacıyevlə müzakirə olunub
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
12:50 21.10.2026
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
bp şirkətinin vitse-prezidenti “Maarifçi” proqramının iştirakçıları ilə görüşüb
12:48 21.10.2026
bp şirkətinin vitse-prezidenti “Maarifçi” proqramının iştirakçıları ilə görüşüb
Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı
12:24 21.10.2026
Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı
Yol polisindən sürücülərə - XƏBƏRDARLIQ
12:18 21.10.2026
Yol polisindən sürücülərə - XƏBƏRDARLIQ
“Sürücü məni hədələdi, qapıları kilidlədi” - “Bolt"dan şikayət + AÇIQLAMA
12:14 21.10.2026
“Sürücü məni hədələdi, qapıları kilidlədi” - “Bolt"dan şikayət + AÇIQLAMA
Jurnalistlərin adından saxta WhatsApp hesabları yaradılır: Mətbuat Şurası xəbərdarlıq etdi
11:46 21.10.2026
Jurnalistlərin adından saxta WhatsApp hesabları yaradılır: Mətbuat Şurası xəbərdarlıq etdi
Bu şəxslərə pulsuz torpaq veriləcək
11:31 21.10.2026
Bu şəxslərə pulsuz torpaq veriləcək
Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?
11:29 21.10.2026
Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?
Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA
11:02 21.10.2026
Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA
Qəzzada humanitar fəlakət dərinləşir: Xəstəxanaların yanacağı tükəndi
11:01 21.10.2026
Qəzzada humanitar fəlakət dərinləşir: Xəstəxanaların yanacağı tükəndi
Ramiz Əzizbəylinin kürəkəni həbs edildi
10:56 21.10.2026
Ramiz Əzizbəylinin kürəkəni həbs edildi
Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat - Ölən var
10:52 21.10.2026
Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat - Ölən var