Jurnalistlərin böhtana görə həbsi qadağan edildi

DÜNYA
09:05 27.11.2012
1358
İtaliya Senatı KİV-də dərc edilən böhtana görə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutan qanun layihəsini rədd edib. Təşəbbüsün əleyhinə 123 deputat çıxıb, 29 deputat qanun layihəsini dəstəkləyib, 9 nəfər isə bitərəf qalıb.Qanunvericiliyə mümkün dəyişiklik jurnalistlər tərəfindən etirazla qarşılanmışdı. KİV işçiləri tətil etməyə hazırlaşsalar da, son anda bu fikirdən daşındılar.Bu ilin sentyabrında Il Giornale qəzetinin indiki baş redaktoru Alessandro Sallusti böhtan yazmaqda təqsirli bilinmişdi. Jurnalisti 14 ay müddətinə azadlıqdan məhrum etmişdilər və cəzasını ev dustaqlığında keçirməlidir.

OXŞAR XƏBƏRLƏR