Jurnalistlərlə bağlı hesabat yayımlandı - HESABAT

Jurnalistlərlə bağlı hesabat yayımlandı - HESABAT
MEDIA
16:30 19.04.2012
1885

Media Hüququ İnstitutu aprelin 19-da 2012-ci ilin yanvar-mart aylarında Azərbaycan mediyasında baş verən önəmli hüquqi olayları əhatə edən aralıq hesabat açıqlayıb.

AZXEBER.COM-a verilən məlumata görə, hesabatın təqdimat mərasimində çıxış edən MHİ-nin direktoru Rəşid Hacılı bildirib ki, aprel ayınadək altı jurnalist həbs olunublar, onlar 2011-сi ilin avqust ayından sonrakı dövrdə tutulublar. “Hazırda “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, “Xural”ın bölgə müxbiri Aydın Canıyev, dini məzmunlu islamazeri.org saytının baş redaktoru Ramin Bayramov, İranın “Səhər” telekanalının Bakı reportyoru Anar Bayramlı, Qubadakı regional “Xəyal” televiziyasının icraçı direktoruVüqar Qonaqov, “Xəyal” TV-nin baş redaktoru Zaur Quliyev həbsdədir. Bu jurnalistlərə qarşı irəli sürülən rəsmi ittihamların əksəriyyəti onların peşə fəaliyyəti ilə bağlı deyil. Həbsdəki jurnalistlər rüşvət almaqda, vergi və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmaqda, xuliqanlıqda, narkotik vasitələri əldə etmə, saxlamada, qanunsuz olaraq odlu silah əldə etmə, saxlamada, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmədə, vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunurlar”. Daha sonra defamasiya haqqında qanunun qəbul olunmasının gecikdirilməsindən danışan MHİ sədri bildirib ki, hazırda cəmiyyət həm jurnalist peşəkarlığı, həm də ifadə azadlığı standartları baxımından jurnalist yazılarına ədalətli, düzgün qiymət vermək qabiliyyətində deyil. “İfadə azadlığı ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin müəyyən etdiyi standartların ölkədə oturuşması üçün, Azərbaycan məhkəmələrinin qəbul etdiyi qərarların məhz Avropa Məhkəməsinin qəbul etdiyi qərarların stadartına uyğunlaşdırılması üçün Defamasiya haqqında qanunun qəbulu vacibdir. Hazırda Avropa Məhkəməsində İfadə Azadlığının pozulması ilə bağlı Azərbaycandan yetmişdən çox şikayət var. Bu cür şikayətlərin çoxalmasının qarşısın almaq baxımından Defamasiya haqqında qanun qəbul olunmalıdır.

Daha sonra MHİ-nin koordinatoru Xalid Ağaliyev aralıq hesabatı təqdim edib. O qeyd edib ki, hesabat aprelədək 6 jurnalist həbs olunublar, neçə gün öncə isə tanınmış jurnalist Fərəməz Novruzoğlu da detallı bilgi verilməyən ittihamlarla həbs edilib. Jurnalistlərə qarşı irəli sürülən ittihamların əksəriyyəti ciddi şübhələr doğurur. “Həbsdə olan jurnalistlərin vəkilləri və yaxınları bu ittihamların qurama olduğunu, həbslərin əsil səbəbinin tənqidçiləri susdurmaq olduğunu bildirirlər”-deyə hesabatda vurğulanır.

Sənədə görə, ötən 3 ayda media, jurnalistlərlə bağlı 15 iddia və şikayət məhkəmə icraatına qəbul edilib. Beş iş xüsusi ittiham qaydasında qaldırılıb, həmin işlərdə jurnalistlərin həbsui istənilir. 3 ayda mediadan istənilən kompensasiyanın ümumi məbləği 2 000 850 AZN-dən artıqdır. Məhkəmə qərarları ilə medianın üzərinə ən azı 58 000 AZN təzminat ödəmək vəzifəsi qoyulub. Xalid Ağaliyev bildirib ki, şikayət və iddiaların hamısı tənqidi mediaya qarşı yönəlib.

Son 3 ayda media, jurnalistlər ən azı 30 dəfə fiziki, psixoloji basqılara, hədələməyə, texniki əngəllərə məruz qalıblar. Basqıyla üzləşən jurnalistlərin əksəriyyəti tənqidi məzmunları ilə seçilirlər. Azadliq Radiosunun əməkdaşları ”Xədicə İsmayılova, Cavanşir Ağamalıyev, Abbas Atilay, Nüşabə Fətullayeva, “Gündəm xəbər” qəzetinin təsisçisi və baş redaktoru Şirin Cəfəri, “Azadlıq” qəzetindən Ramin Deko, Vidadi Məmmədov, Namiq Cəfərli, Seymur Həzi, Azadlıq Radiosundan Maarif Çingizoğlu, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, əməkdaşları Etimad Budaqov, Tapdıq Fərhadoğlu, İlqar Nəsibov, Fərid Arifoğlu, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı İdrak Abbasov, ”Obyektiv” TV-nin jurnalistləri Rəşad Əliyev, Cavid Qurbanov, “Yeni Müsavat” qəzetinin fotomüxbiri Fərahim İlqaroğlu, əməkdaşı Akif Məmmədli, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun müxbirləri Elman Abbasov, Həkimeldostu Mehdiyev, “Xəyal” televiziyasının reklam direktoru Zaur Mustafayev, “Poliqon” İnformasiya Agentliyinin Quba müxbiri Cəmil Məmmədli basqıların hədəfi olublar. Hüquq mühafizə orqanları ötən illərdə baş verən basqıların araşdırılması ilə bağlı jurnalistləri razı salan qərarlar qəbul etməyiblər. Yalnız Apellyasiya Məhkəməsi oğurlanaraq işgəncəyə məruz qalmış jurnalist Seymur Həziyevin bir şikayətini təmin edib. Son 3 ayda media həm də ciddi çap problemləri ilə üzləşib.

Hesabatda vurğulanır ki, bilgi azadlığını tənzimləyən “İnformasiya əldə etmək haqqında” Qanunun işləməsində problemlər qalmaqda davam edir. Media Hüququ İnstitutunun, eləcə də digər sivil toplum quruluşlarının araşdırmalarına görə, bilgilərin açıqlığı 25-30 faiz civarındadır. Topluma, mediaya açıq tutulan bilgilər daha çox ümumi xarakterli, böyük ictimai tələbat duyulmayan bilgilərdir”.

Hesabatın təqdimatında çıxış edən Şahvələd Çobanoğlu, Ələsgər Məmmədli, Yaşar Cəfərli, Mehman Əliyev hesabatda göstərilən məlumatların medianın azadlığının göstəricisi olduğunu deyib, qeyd ediblər ki, ölkədə jurnalistlərə qarşı baş verən hadisələr, həmçinin aprelin 18-də Sulutəpədə söküntü zamanı jurnalist İdrak Abbasovun döyülməsi həm də digər jurnalistlərə qarşı psixoloji təzyiq kimi qiymətləndirilməlidir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
10:09 17.10.2026
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
10:07 17.10.2026
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
09:54 17.10.2026
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
09:42 17.10.2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
08:16 17.10.2026
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib